Topaz Premyer Liqanın debütantı "Zirə" 21-ci turda evdə autsayder "Rəvan"ı sınağa çəkib. Bu matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib və turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirib. Oyundan sonra “Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilla Qol.Az saytına müsahibə verib.
- “Rəvan”ı məğlub etmək sizə asan başa gəlmədi.
- Matç həqiqətən çox çətin keçdi. Rəqib yaxşı mübarizə aparırdı. İlk qoldan sonra əlimizə düşən çoxlu qol epizodu olsa da, bundan yararlana bilmirdik. Sonda 11 metrlik cərimə zərbəsindən qələbə qolunu vurduq. Qələbə bizim haqqımız idi. Çünki oyun boyu üstün tərəf biz idik.
- “Rəvan”dan belə mübarizə gözləyirdiniz?
- Belə olacağı gözlənilən idi. “Rəvan” bir neçə əsas futbolçusunun yoxluğuna baxmayaraq, yaxşı oyun sərgilədi. Ümumiyyətlə, Premyer Liqada bütün oyunlar çətin keçir.
- Rəqib matçın sonuna yaxın hesabı bərabərləşdirə bilmişdi. Həmin an oyunboyu üstün olduğunuz halda xal itirməkdən qorxmurdunuz?
- Narahatlıq var idi.
- Hiss olunurdu ki, komandanızın futbolçuları arasında anlaşılmazlıq var. Hətta epizodların birində Yovan Krneta ilə Viktor İqbekoyi arasında narazılıq yarandı. Nə baş verirdi?
- Bu, başadüşüləndir. Bizim ölkəmizdə belə bir deyim var: “Əgər sən futbol ehtirasını yaşamırsansa, demək sənin qanın yoxdur”. Nə oldusa, meydanda qaldı.
- Hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşmısınız. Çempionluq haqda düşünürsünüz?
- Əvvəl əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Artıq hər oyunda xal qazanmaq və turnir cədvəlində daha yaxşı mövqedə qərarlaşmaq istəyirik. Çempionluq haqda danışmaq tezdir. Qismətimizdə nədirsə, o da olacaq.
- Komandan bu mövsüm Avropa kuboklarına buraxılmaya bilər. Bu, futbolçularda ruh düşkünlüyü yaratmır?
- Yox. Mənim üçün ən yaxşı motivasiya çempionatı ilk beşlikdə bitirməkdir. Əgər UEFA bizi yarışlara buraxmayacaqsa, buna hörmətlə yanaşmalıyıq.
- “Rəvan”la matçda 2 dəfə fərqləndin və aktivindəki qol sayını 6-ya çatdırdın. Bu mövsüm çempionatımızın bombardiri olmaq haqda düşünürsən?
- Əlbəttə, bu yaxşı olardı. Amma mənim üçün daha vacib olan kollektiv şəkildə uğur qazanmaqdır. Qolun kim vurmasının fərqi yoxdur.
- Bəs Premyer Liqamızda bombardirlik yoluna özünə əsas rəqib kimi hansı futbolçunu görürsən?
- Bu yolda əsas rəqibim elə özüməm.
- Qış fasiləsində hansısa Azərbaycan klubundan təklif aldığın haqda məlumatlar yayılmışdı.
- Mən hazırda ”Zirə”dəki karyeram barədə düşünürəm. Dediyiniz məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bu işlərlə menecerim məşğul olur.
Ergün SEYİD
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat