Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, millimizin üzvü komandasının qrup mərhələsində layiqli mübarizə apardığını bildirib:
- "Qəbələ" Avropa Liqasının qrup mərhələsində aktivinə daha bir xal yazdı...
- Rəqibdən çəkinmədən oynadıq. Səfərdə PAOK-la heç-heçə pis nəticə deyil. Qrupda qazanılan hər bir xal komanda üçün dəyərlidir. Rəqib meydanında məğlub olmamağı ənənə halına çevirsək, daha yaxşı olar. Pis çıxış etmədik. Sadəcə, bəzi epizodlardan lazımınca yararlanıb, qol vura bilmədik. Son dəqiqədə də yaxşı qol imkanımız olsa da, bəxtimiz gətirmədi.
- Oyunun sonlarında zədələndiyin üçün əvəzlənməli oldun...
- 10 gün idi ki, komanda ilə birgə məşq etmirdim. Zədələnmişdim, belimdə ağrılar var idi. Son 10 gündə müalicə alırdım. Cəmi 2 gün məşq etdikdən sonra meydançaya çıxdım və oyunun gedişində bir balaca ağrı hiss etdim. Buna görə də, baş məşqçidən əvəzlənməyimi özüm istədim.
- “Qəbələ”nin qrupda qalmasının səbəbi nə oldu?
- Komanda ilk dəfə idi ki, Avroliqanın qrup mərhələsində iştirak edirdi. Bunun özü də “Qəbələ” üçün uğur sayılmalıdır. Özü də 4 mərhələ adlayıb, qrup mərhələsinə vəsiqə qazanmışdıq. Bunu bir “Rusenborq”, bir də biz bacarmışdıq. İlk mərhələdən başlayıb qrupa düşmək, doğrudan da, böyük nəticədir. Avrokuboklarda təcrübəsiz komandayıq. Bundan əlavə, qrupdakı rəqiblərimiz də güclü idi. Amma yenə də layiqli mübarizə apardıq. Qrupda qalsaq da, komanda gələcək üçün yaxşı təcrübə topladı.
- Razısan ki, həm PAOK-la, həm də “Krasnodar”la oyunda itirilən xallar olmasaydı, bəlkə də indi qrupdan çıxmaq uğrunda mübarizənizi davam etdirirdiniz...
- Bunu matçdan öncə də fikirləşirdik. Əgər “Krasnodar”la heç-heçə oynasaydıq, və PAOK-a Bakıda qalib gəlsəydik, xalımız daha çox olardı. PAOK-la ev oyunumuzda da yaxşı oynadıq, çoxlu qol imkanlarımız oldu. Hətta deyərdim ki, “Borussiya”ya da öz meydanımızda qalib gələ bilərdik. Həmin matçın əvvəllərində 3 qol imkanı əldə etmişdik. Ancaq bu, futboldur. Bizdə alınmadı.
- Yəqin ki, bundan sonra diqqətinizi tamamilə ölkə çempionatına yönəldəcəksiz...
- Bəli, diqqətimizi çempionata yönəldəcəyik. Amma Avropa Liqasında “Krasnodar”la da ev oyunumuz qalır.
- “Krasnodar”la görüşə qələbə üçün çıxacaqsız?
- Çalışacağıq ki, qrup oyunlarını 3 xalla tamamlayaq. Rəqib əsas heyətlə oynasa belə, onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Canımızı meydanda qoyacağıq ki, qələbə qazanaq.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu