Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin Dmitri Bezotosnı Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Bakıda olduğu kimi səfərdə də PAOK-la bərabərə qaldınız. Salonikidə qələbə qazanmağınıza nə mane oldu?
- Qol vura bilmədiyimiz üçün qələbə də qazana bilmədik. Hücumları reallaşdırmaqda problem yaşadıq.
- Zədədən yeni qayıtmana baxmayaraq, bu qarşılaşmada yaxşı təsir bağışladın...
- Reabilitasiyanı yaxşı keçdim. Məşq etdim və qapıda daha yaxşı dayanmağa çalışıram.
- Səncə, “Qəbələ”nin qrupda qalmasının səbəbi nə oldu?
- Qələbə istəyən komanda qol vurmalıdır. Bizim də hər oyunda çoxlu qol imkanlarımız olur. PAOK-la Bakıdakı görüşdə, Rusiyada "Krasnodar"la görüşdə qol imkanlarından istifadə edə bilmədik. "Borussiya" ilə Bakıdakı matçı xüsusilə qeyd edərdim. İlk dəqiqələrdə gözəl qol şanslarımız oldu. Həmin imkanların heç olmasa ikisindən istifadə edə bilsəydik, oyun daha da maraqlı olardı. PAOK-la görüşdə də hücumları reallaşdıra bilmədik. Elə ona görə qələbə qazana bilmədik.
- "Qəbələ"nin əsas probleminin elə hücum xətti ilə bağlı olduğunu söyləyə bilərik?
- Xeyr, belə demək olmaz. Çünki biz hamılıqla hücum edir və müdafiə olunuruq. Bütün komanda qələbə üçün hazırlaşır, bir tək hücumçu yox.
- Qrupun digər matçında "Krasnodar"ın "Borussiya"ya qalib gəlməsi sizin üçün nə dərəcədə sürpriz oldu?
- Açığı, "Krasnodar"ın qalib gələcəyini düşünmürdüm. Bildiyim qədərilə "Borussiya" Rusiyaya elə də güclü heyətlə yollanmayıb. Ancaq bu, futboldur. "Borussiya" öz vəzifəsini yerinə yetirir, biz öz vəzifəmizi. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirsəydi, sonluq daha yaxşı olardı.
- Avropa Liqanın qrup mərhələsinin son turunda qarşılaşacağınız "Krasnodar"ın Bakıya əsas heyətlə gələcəyini gözləmək olar?
- "Krasnodar"ın Bakıya əsas və ya zəif heyətlə gəlməsinin mənim üçün fərqi yoxdur. İndidən həmin oyun barədə düşünmək istəməzdim. Çünki "Krasnodar"la matça hələ çox var. Bu oyuna kimi çempionatda çoxlu görüşümüz olacaq, onları düşünməliyik.
- Yəqin ki, qrup mərhələsində ilk qələbəni qazanmağa çalışacaqsız...
- Baxaq da. Biz də buna ümid edirik. Amma bayaq da dediyim kimi, "Krasnodar"la oyuna hələ çox var. İndi "Rəvan"la görüşü düşünməliyik. Həmin oyuna kimi bərpa prosesini keçib, yaxşı nəticə qazanmaq lazımdır. Əlbəttə ki, "Krasnodar"la oyuna da ciddi hazırlaşacağıq və demək olmaz ki, bu görüş heç nəyi həll etmir. Bəli, biz özümüzü son turda olsa belə, Avropa Liqasında ən yaxşı tərəfdən göstərməliyik.
- Ölkə çempionatında işləriniz yolunda getmir. Bunun əsas səbəbi eyni zamanda avrokuboklarda çıxış etməyiniz ola bilərmi?
- Bu barədə bir söz deyə bilməyəcəm.Hər kəs qələbə qazanmaq istəyir. Hamımız da qarşıya qoyulan məqsədə çatmaq üçün çox çalışırıq. Digər ölkələrin çempionatında da belə hadisələr baş verir. Bir mövsümdə 60-a yaxın matç keçirirlər, həmin vaxtda da enişli, yüksəlişli anlar olur. Ümid edirəm ki, "Rəvan"la matçda uğurlu nəticə qazanacağıq və hər şey qaydasına düşəcək.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu