Moldova millisinin qapıçısı İlya Çebanu beynəlxalq yoldaşlıq matçı çərçivəsində noyabrın 17-də Bakıda yığmamızla qarşılaşacaqları oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib.
- Azərbaycanla yoldaşlıq görüşündə yığmanın qapısını qorumağa hazırsan?
- Bu nə sualdır? Əgər yığmaya çağırılmışamsa, deməli hazıram. Nə demək istəyirsiniz?
- Demək istəyirəm ki, Bakıya gedəcək heyətə daxil edilmisən...
- Azərbaycanla görüşdə hansı futbolçuların meydana çıxacağını baş məşqçi oyuna bir neçə saat qalmış müəyyənləşdirəcək. Əgər yığmaya dəvət almışıqsa, meydana çıxmağa, komandam və ölkəm üçün oynamağa hazıram.
- Milli haqda danışarkən sənin "Mordoviya"dakı çıxışına toxunmamaq mümkün deyil. Bildiyimiz qədəri hazırda formadasan və klubunda çıxış edirsən.
- Son iki turda oynamadım. Ehtiyatda qaldım.
- Bundan əvvəlki oyunlarda necə çıxış etdin?
- Əvvəlki çıxışlarım artıq tarixdir. Hər həftə bazar ertəsindən başlayır və futbolçunun start heyətində oynaması ilə bağlı qərarı baş məşqçi verir. Yenə deyirəm dünən, elə dünəndə qalıb. İndi yeni həftə başlayır. Özünü yaxşı tərəfdən göstərərək əsas heyətdə yerini almalısan.
- Azərbaycanla oyun yığmanın bu ildəki son matçı olacaq? Bu görüş nə dərəcədə önəmlidir?
- Hər bir oyun özü-özlüyündə önəmlidir. Mən bu oyuna da belə yanaşıram. Moldova yığmasının bütün oyunları əhəmiyyətlidir. Qarşıda Azərbaycan millisi ilə oyunumuz var. Bu matça çox ciddi hazırlaşmalıyıq və azarkeşlərimizi yaxşı nəticə ilə sevindirməliyik. Mən yaxşı nəticə qazanacağımıza dair söz vermirəm. Ancaq təlim-məşq toplanışına gəldiyimiz ilk saniyədən yalnız yoldaşlıq görüşü üçün toplaşmadığımızı anlamalıyıq. Azərbaycanla matç təkcə mənim üçün yox, yığmanın digər futbolçuları üçün də çox önəmli oyundur.
- Moldova yığması artıq il yarımdır qələbə qazana bilmir...
- Açığı, mən statistikaya önəm vermirəm. Aydın məsələdir ki, uzun müddətdir, yaxşı nəticələr qazanmırıq. Lakin hər bir futbolçu yaxşı oynamaq və uğurlu nəticə qazanmaq istəyər. Yenə deyirəm, Azərbaycanla matçda qələbə qazanacağımıza söz vermirəm. Ancaq bu görüşdə yaxşı hazırlaşmalıyıq, psixoloji, fiziki, texniki və taktiki cəhətdən meydanda bütün gücümüzü qoymalıyıq. O zaman hansı nəticəni qazanacağımıza baxarıq. Bütün oyunlarda qələbə qazanmaq istəyirik.
- FİFA-nın son reytinqi açıqlandıqda, yığmanın futbolçuları olaraq utandınız? 154-cü pillə millinin ən utancverici göstəricisidir?
- Yenə təkrar edirəm, statistika ilə maraqlanmıram. Ancaq təbii ki, niyə bu mövqedə qərarlaşdığımız üçün özümüzə sual verməliyik. Düşünürəm ki, son oyunlarda yaxşı nəticələr qazanmadıq və xeyli sayda səhvlər buraxdıq. Biz artıq hər şeyi sıfırdan başlamalıyıq. Ümid edirəm ki, növbəti seçmə mərhələnin sonunda daha yüksək pillələrdə qərarlaşacağıq.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Rəsmi
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu