“Oyundan əvvəl Azərbaycan millisi haqda heç bir məlumatımız yox idi. Rəqibin nəyə qadir olduğunu bilmirdik”.
Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Ukraynanın U-19 millisinin baş məşqçisi Oleq Kuznetsov deyib.
Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi komanda Avropa çempionatının Bakıda keçirilən seçmə mərhələsinin ilk turu çərçivəsində Azərbaycan yığmasına 4:0 hesabı ilə qalib gəlib. Kuznetsov oyunsonrası mətbuat konfransında nəticənin oyuna görə olmadığını bildirib:
“Komandamın oyunundan razı qalmadım. İlk hissədə futbolçuların həyəcanlı idilər. Nəticə oyuna görə olmadı. Azərbaycan millisi belə məğlubiyyətə layiq deyildi. Sadəcə, rəqib demək olar ki, bütün komanda ilə irəli atlıdığından arxada boşluqlar buraxdı”.
Kuznetsov qeyd edib ki, Azərbaycan millisi növbəti mərhələyə yüksələ bilər:
“Qrupda yer alan komandaların demək olar ki, hamısı eynisəviyyəlidir. Buna görə də Azərbaycan millisi qrupda ilk iki yerdən birini tuta bilər. Qarşıda hələ 2 oyun var. Məncə, qrupda mübarizə son tura qədər davam edəcək”
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”