"Qəbələyə uduzmamaq üçün gəlmişdik" – "İnter"in futbolçusu

"Qəbələyə uduzmamaq üçün gəlmişdik" – "İnter"in futbolçusu
GÜNDƏM 9 Noyabr 2015 / 19:05 3903
-  A +

"Qəbələyə məğlub olmamaq üçün gəlmişdik. Sevindirici haldır ki, çətin səfər matçında uduzmadıq. Düşünürəm ki, bir xal da pis nəticə deyil".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Dieqo Martins Premyer Liqanın 12-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.

Komandasının hər oyuna qələbə üçün çıxdığını bildirən braziliyalı futbolçu "Qəbələ" ilə görüşdə meydanda sonadək mübarizə apardıqlarını vurğulayıb: 

"Biz bu gün meydanda sonadək vuruşduq. Bu qədər çətinliklər qarşısında mübarizə aparmaq asan məsələ deyil. Amma biz peşəkarıq. Əlimizdən gələni edirik ki, çıxdığımız hər oyunda qələbə qazanaq. Düzdür, bir neçə turdur qalib gələ bilmirik. Amma əsas odur ki, məğlub da olmuruq. Maaşa gəlincə, "İnter"də təkcə yerli futbolçular deyil, legionerlər də pulunu vaxtında almır. Sentyabr ayının maaşını noyabrda aldıq".

Daha çox


Son xəbərlər