"Qranada"ya keçməklə səhv etdim. Həmin vaxt mənim vəziyyətimdə olan bir çox futbolçu var idi. Seçim imkanı çox deyildi. Onların hamısı təcrübəli olaraq gəlirdi, mən isə hələ gəncəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Edddi İsrafilov "Marca" qəzetinə müsahibəsində deyib.
"Eybar"ın futbolçusu La Liqanın 9-cu turunda "Barselona"ya qarşı bir hissə oynadığı matç (1:3) haqda danışıb: "Daha öncə "Qranada"nın heyətində "Barselona"ya qarşı oynamışdım. Ancaq həmin vaxt böyük hesabla uduzmuşduq. Ancaq bu dəfə fərqli idi. "Nou Kamp"da qol vurmuşduq, şansımız var idi. Ancaq sonda uduzduq. Artıq növbəti "Rayo Valyekano" ilə oyun haqda düşünürük".
"Eybar"a keçidi haqda danışan E.İsrafilov deyib: "Dediyim kimi "Qranada"ya keçməyim yanlış addım idi. "Eybar"a gəlişim isə inkişaf baxımından yaxşı seçim oldu. Klubun idman direktoru Fran Qaraqarzeylə yaxşı münasibətim var idi. Transferimdən öncə onunla görüşdükdə, sanki bir-birimizi çoxdan tanıyırdıq. O, çox yaxşı və sadə insandır. Qaraqarzey hər şey açıq şəkildə deyən biridir. İnsanlarda bu cəhəti sevirəm".
"Eybar"ın start heyətində yer almamasına münasibət bildirən İsrafilov vaxtını gözlədiyini vurğulayıb: "Hər bir futbolçu mütəmadi olaraq oynamaq istəyər. Hazırkı vəziyyətdə səbr etməliyəm və hər şeyə real baxmalıyam. Əgər komandada işlər yolunda gedirsə, baş məşqçinin nəyisə dəyişməli olduğunu düşünməməliyəm. Şəxsən mən belə vəziyyətdə heç nəyi dəyişmərəm. Öz vaxtımı gözləməliyəm və start heyətdə oynamağa layiq olduğu sübut etməliyəm. Marafon uzundur və baş məşqçiyə çətin olacaq. Ancaq biz də hər bir vəziyyətə hazır olmalıyıq".
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Qranada"da oynayan İsrafilov cari mövsümdən "Eybar"da çıxış edir.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”