"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-ın suallarını cavablandırıb.
Klub rəsmisi müsahibədə "Qəbələ"nin Premyer Liqanın I dövrəsindəki çıxışını dəyərləndirib, komandanın baş məşqçisi Roman Qriqorçukun Ukrayna millisindən dəvət alması ilə bağlı xəbərə münasibət bildirib və digər məsələlərə toxunub
- Artıq Premyer Liqamızda II dövrə başlayıb. Komandanın ilk dövrədəki çıxışları sizi qane etdimi?
- İlk səkkiz oyunumuzu yüksək qiymətləndirmək olar. Son iki görüşdə komanda vacib xallar itirdi. Bu da başadüşüləndir. Komanda Avroliqada çətin oyunlar keçirir. Üstəlik çempionatda bir, Avroliqada digər heyətlə oynamaq çətinlik yaradır. İnanıram ki, yaxın vaxtlarda bu problem də aradan qalxacaq. Yolumuza davam edirik. Hər şey normaldır.
- "Qəbələ" son iki turda "Zirə" və AZAL-la görüşlərdə gözlənilmədən xallar itirdi. Bunu Avroliqa oyunları ilə əlaqələndirirsiniz?
- Bunun əsas səbəbini baş məşqçi araşdırmalıdır. Qıraqdan etdiyim müşahidəyə əsasən deyə bilərəm ki, zəif çıxışların bir yox, bir neçə səbəbi var. Heyətdə müəyyən dəyişikliklərin olması, yorğunluq öz sözünü deyir. Bundan əlavə, rəqiblər "Qəbələ"yə qarşı tam fərqli motivasiya ilə oynayır. Bunların hamısı xal itkilərinin səbəbidir. Bir qədər də bəxtimiz gətirmir. Son oyunlarda 5-6 qol epizodumuz oldu ki, futbolçular yararlana bilmədi. Bəzən boş qapıya da top girmir. Söhbət son iki oyundan gedir. Avroliqadan Premyer Liqaya keçidin bizdə alınmaması normaldır. Bu, "Qarabağ"da alına bilər. Çünki "Qarabağ" Avroliqada 3-4 azərbaycanlı futbolçu ilə çıxış edir. Belə olanda istər-istəməz oyunçular arasında anlaşma çətin olur.
- Ümimiyyətlə, "Qəbələ" ölkə çempionatında istənilən oyunu sərgiləyə bilmir.
- Sözsüz ki, komanda hələ istədiyimiz səviyyədə oynamır. Bunu bütün oyunlara şamil etmək olmaz. Komandada eniş də olur, inkişaf da. Bu, normaldır. Əsas odur ki, komanda səhvlərini bilir. Məşqçilər korpusu mövcud çatışmazlıqları aradan qaldırmalıdır. Onlar bütün oyunları ətraflı analiz edir. İnanıram yaxın gələcəkdə görmək istədiyimiz "Qəbələ"ni görəcəyik.
- Son vaxtlar mətbuatda Roman Qriqorçukun Ukrayna millisindən təklif alması və yanvarda "Qəbələ"ni tərk edəcəyi ilə bağlı xəbərlər dolaşır. Qriqorçuk mətbuat konfranslarının birində bu haqda sualı cavablandırarkən sanki təkzib etmədi. Onunla bu haqda söhbətiniz olub?
- Qriqorçuk elə bir insandır ki, olmayan məsələ haqda danışmağı xoşlamır. Deməli, bu adama belə bir təklif gəlməyib. Bizdə olduğu kimi Ukrayna mətbuatı da yazmağa bir şey tapmayanda özlərindən nəsə uydururlar. Bunu gündəmdə qalmaq üçün edirlər. Bu söhbətlər yayılandan sonra Qriqorçukla 5-6 dəfə görüşmüşəm, ancaq bu haqda danışmağa lüzum bilməmişəm. Gərək olan şey haqda danışasan. Mənasız söhbətlərdir. Biz mətbuata açıq klubuq. Nəsə olanda mətbuata bildiririk. Qriqorçukun getməyi məsləhət olsa, əvvəlcədən deyəcəyik ki, baş məşqçimzi 6 aydan sonra filan kluba gedəcək. Burda gizlətməli, çəkinməli bir şey yoxdur. Bu günə qədər "Qəbələ"də çalışmış məşqçilərin hamısı ilə eyni münasibətdəyik. Hər biri bizimlə əlaqə saxlayır, uğurlarımız olanda təbrik edir. Bundan sonra da belə olacaq.
- "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində üç oyunu qalıb. Bu görüşlərdən nə gözləyirsiz? Komandanın qrupdan çıxmaq şansı nə dərəcədədir?
- Şanslarımız qalır. Çalışacağıq ki, maksimum nəticə əldə edək. PAOK-la səfərdə, "Krasnodar"la evdə oynayacağıq. Daha çox bu iki oyundan xal qazanmağa ümidliyik. "Borussiya" isə məlum məsələdir... Əlimizdən nə gəlirsə, onu edəcəyik. Futbolçularla bu barədə danışmışıq. Artıq "Borussiya" ilə oyun haqda çox danışmağa da ehtiyac yoxdur. Bakıdakı oyun göstərdi ki, komanda əlindən gələni etdi.
- Həmin görüşdə 1:3 hesablı məğlubiyyət sizin üçün gözlənilməz olmadı ki?
- "Borussiya" PAOK-la oyunda əsas heyətin yarısını səfərə aparmamışdı. Çünki bundesliqada "Bavariya" ilə oyunları var idi. Həmin qarşılaşma bizə ümid verirdi ki, yəqin bizimlə də bu səviyyədə oynayarlar. Ancaq gördüyünüz ki, rəqib Bakıya tam heyətlə gəldi və fərqli oyun sərgilədir. Bizim də şanslarımız oldu. Matçın əvvəlində komandamız yaratdığı yüzfaizli qol imkanlarından istifadə etməliydi. Bildiyiniz kimi, "Qəbələ" müdafiədə oturan komanda deyil. Çalışırıq ki, rəqiblə eyni səviyyədə oynayaq. Ancaq təəssüf ki, "Borussiya"nın səviyyəsi bizdən üstündündür. Azərbaycan klubları iki cəbhədə mübarizə aparmağa vərdiş etməyib. Həmçinin, "Borussiya"nın Bundesliqadakı rəqibləri ilə "Qəbələ"nin Premyer Liqadakı rəqibləri arasındakı fərq göz qabağındadır. Yəni bizdə o rəqabət də yoxdur.
- Demək olarmı Avroliqa oyunları başa çatandan sonra çempionatda tam fərqli "Qəbələ" görəcəyik?
- Arzu edək ki, Avroliqa hələ bizim üçün başa çatmasın, davam edək (gülür). Bəli, bu gün ciddi sınaq qarşısındayıqsa, çempion olmaq istəyiriksə, qarşımızda "Qarabağ" kimi bir rəqib varsa, məcburuq ki, komanda qeyd etdiyiniz kimi çıxış etsin. Digər rəqiblərdən "İnter", "Zirə" və "Kəpəz"lə mübarizə aparmaq da asan deyil. Çempion olmaq üçün stabil bir heyət formalışdırmalıyıq.
- "Qarabağ"la çempionluq uğrunda mübarizə "Qəbələ" üçün çətin olmayacaq ki?
- Komandaları indidən bölmək istəmirəm. Həmişə onun tərəfdarı olmuşam ki, komandamız hansı yerə layiqdirsə, orada olsun. Birinci yerə "Qarabağ" layiqdirsə, qoy, onlar çempion olsun. Hər halda çempion olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Mövsümün sonunda harda olmağa layiqiksə, orada da olacağıq.
- Bu mövsüm "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi futbolçularda arxayınlıq yarada bilər. Onlar qarşıya qoyula hədəfə çatdıqalarını düşünürlər, yoxsa çempionluq daha vacibdir?
- Bu barədə futbolçularla dəfələrlə söhbətimiz olub. Hələ PAOK-la oyundan əvvəl şəxsən klub prezidentinin adından onlara təşəkkür etdim, hər şeyin yüksək səviyyədə yerinə yetirildiyini futbolçulara və məşqçilər korpusuna dedim. Həmçinin, bildirdim ki, bu mərhələyə ona görə gəlməmişik ki, burada dayanaq. Nə qədər mümkündürsə, qabağa gedəcəyik.
- Yəqin ki, qışda heyət bir qədər də gücləndiriləcək. İndidən hər hansı futbolçularla danışıqlar aparılırmı?
- Hələ ki, məşqçi ilə bu barədə söhbətimiz olmayıb. Biz çox ümidlə gözləyirik ki, Cavid Hüseynovun yaxın günlərdə başlanacaq məhkəmə prosesində onun günahnsız olduğu sübuta yetiriləcək. Cavidin dönüşü "Qəbələ"ni xeyli gücləndirər.
- Yeri gəlmişkən, Cavidin işi ilə bağlı nə xəbər var?
- Bununla bağlı kimləsə birbaşa danışmamışıq. Biz də sizin kimi mətbuatdan oxuyuruq. İstintaq yekunlaşmaq üzrədir. Yaxın günlərdə məhkəmə olmalıdır. Ancaq dəqiq heç nə bilmirik.
Ramiq AĞAMƏMMƏDOV
"Sabah"ın "Çelye" ilə oyunöncəsi məşqi - Şəkillər
"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Karlo Ançelottinin oğlu baş məşqçi oldu - Rəsmi
FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı
“Fənərbaxça”da yeni müqavilə
"Şamaxı" braziliyalı futbolçu transfer etdi
Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu
“Zirə” yeni futbolçu aldı - “Sabah”da oynayırdı
"Neftçi"dən ayrılan futbolçu bu kluba keçdi
"Real"ın oyunçusunun cəzası bilindi
"Hədəfimiz avrokuboklardır" - "Sumqayıt"ın yeni baş məşqçisi
İspaniyanın hansı klubundan “Qarabağ”lıya təklif olub?
Silva: "Çelsi"nin məşqlərini izləmişəm"
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
"Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi
"Barselona"nı tərk edir
Final bu topla oynanılacaq
"Tottenhem" Yaponiya millisinin müdafiəçisini transfer etdi
Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı
Misli Premyer Liqa təmsilçisinin ikinci transferi
Saşa İliç “Sumqayıt”a necə gəlib? - Agentdən açıqlama
Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır
Bu gün Avropa kubokları yarışları başlayır
"İnter Mayami" Messi ilə yeni müqavilə imzalayacaq?
"Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı - Şəkillər
“Azərlotereya”nın komandası çempion oldu
Marko Verattinin yeni klubu bilindi
Azərbaycanlı UEFA nümayəndəsi ÇL-in oyununa təyinat alıb
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu