İstefaya göndəriləcəyi iddia olunan "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun təzminat qiyməti müəyyənləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London klubu portuqaliyalı mütəxəssislə yollarını ayıracağı təqdirdə ona 30 milyon funt (təqribən 48 milyon manat) təzminat ödəməli olacaq.
2013-cü ildə ikinci dəfə "Çelsi"nin baş məşqçi vəzifəsinə gətirilən Mourinyonun klubla müqaviləsi 2019-cu ildə başa çatır. Ötən mövsüm Premyer Liqanın qalibi olan Mourinyonun komandası cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkir. "Zadəganlar" geridə qalan 10 turda cəmi 11 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqanın 11-ci turunda "Liverpul"u məğlub etməyəcəyi təqdirdə Mourinyonun "Çelsi"dən qovulacağı iddia olunur.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi