Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İslandiyanın “Hafnarfyrordur” klubuna qalib gəlməyi bacardınız. Qarşılaşma və rəqibiniz haqda fikirlərini öyrənək…
- İslandiyaya gedəndə çətin rəqiblə qarşılaşacağımızı düşünürdük. “Hafnarfyordur” standart vəziyyətlərdən təhlükəlidir. Bu komanda çempionatın dünənki oyununa qədər İsladiyada ilk pillədə idi. Ötən mövsüm isə son anda çempionluğu əldən verib. Fiziki cəhətdən güclü komandadır. Biz hesabı bərabərləşdirənə qədər rəqib daha üstün oynadı. Sadəcə, onlar on nəfər qalandan sonra oyuna nəzarəti ələ keçirdik. “Hafnarfyordur” bəzilərinin düşündüyü kimi sıradan komanda deyil.
- Çoxları “İnter”in nəinki qələbəsinə, heç yaxşı nəticə ilə qayıdacağına da inanmırdı. Sizin üçün necə, qələbə gözlənilməz oldumu?
- Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza ümid var idi. Ancaq qələbə çox gözlənilməz oldu. Ən yaxşı halda 1:1 haqda düşünürdük. İctimaiyyətin bizdən qələbə gözləməməsi isə bizim üçün daha yaxşıdır. Çünki belə olan halda üzərimizdə təzyiq olmur. Rahat oynayırıq.
- Matçı canlı izləyənlər arasında Kaxaber Sxadadze də var idi. Oyundan sonra Sxadadze sabiq komandasına baş çəkdi?
- Bəli, oyundan sonra Böyükağa Hacıyev və Mahmud Qurbanovla birlikdə paltardəyişmə otağına gəldi. Futbolçuları təbrik etdi.
- Komandanın yaxşı oynadığını bildirdi?
- Yox, sadəcə təbrik etdi.
- Rəqib meydanında iki qol vurmaq əla nəticədir. “İnter”in növbəti mərhələyə keçmək üçün işin neçə faizini gördüyünü demək olar?
- Düzdür, böyük üstünlüyümüz var. Amma məncə, tələsmək düzgün deyil. Deyərdim ki, işimizin 50 faizini görmüşük. Rahatlaşmaq olmaz. Qarşıda 90 dəqiqəlik bir oyun var. Bəli, məndə mərhələ keçəcəyimizə inam var. Amma komandamızın arxayınlaşmasını istəmirəm.
- “Hafbarfyordur” mərhələ keçmək üçün cavab matçında qol vurmağa çalışacaq. Rəqibin irəli atılmağından istifadə edə bilərsiniz. Bundan əlavə, hava şəraiti də onların əleyhinə olacaq.
- Razıyam bəzi üstünlüklərimiz olacaq. Rəqibin orta və müdafiə xəttində boşluqlar yaranacaq.
- “Hafnarfyordur” səddini keçsəniz, növbəti mərhələdə İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaqsınız. Yəqin indidən Bibao təmsilçisi haqda danışmaq fikrin yoxdur.
- Bəli (gülür). “Atletik” haqda danışmasam, yaxşı olar. “Hafnarfyordur” səddini keçək, ondan sonra bu rəqb haqda fikir bildirərik.
- Ancaq “Atletik” artıq “İnter” haqda düşünür. Hətta komandanın baş məşqçisi “İnter Arena”nın süni örtüklü meydançasından gileylənib.
- Yəqin ki, “Atletik” bizi özünə rəqib görür. Çünki səfərdə keçirilən ilk oyunda qalib gəlimişik. Biz isə fikrimizi “Hafnarfyordur”la oyuna yönəltmişik.
- “İnter”in oyununda inkişaf hiss olunur?
- Komandamız hər oyunda bir qədər artırır. Getdikcə futbolçular bir-birini daha yaxşı başa düşür. Bir yerdə məşq etdikcə mövcud problemlər aradan qalxır. Birinci oyunla son qarşılaşmamız arasında böyük fərq var. İlk oyunlarda çox çətinlik çəkdik. İslandiyada isə bir qədər rahat oynadıq. Bir yerdə məşq etdikcə, oynadıqca hər şey daha yaxşı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi