“Qarabağ”ın və milli komandamızın müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi
- Çempionlar Liqasının ikinci mərhələsində evdə “Rudar”ın qapısına yol tapa bilmədiz...
- Gözlədiyimiz kimi, çətin oyun keçdi. Rəqib daha çox müdafiəyə diqqət ayırmışdı. Hiss olunurdu ki, bizi çox yaxşı analiz ediblər. Buna görə də, qol epizodları yaratmaqda çətinlik çəkdik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı.
- Qarşıda cavab oyunu var. Aydın məsələdir ki, “Rudar” evdə daha aqressiv oynayacaq. Bu, istənilən nəticəni qazanmaq üçün sizə çətinlik yarada bilərmi?
- Mən əvvəlki müsahibələrimdə demişəm ki, hətta “Qarabağ” yox, başqa bir klubumuz da bu turnirdə oynayanda bildirmişəm ki, Çempionlar Liqası Avropa Liqasından çox fərqli turnirdi. Çünki bu turnirdə daha çox ölkələrinin çempionları təmsil olunur. Bu turda qeydə alınan bir çox nəticələr də onu göstərdi ki, Çempionlar Liqasında demək olar ki, zəif komanda olmur. Bu üzdən də, başa düşürük ki, bizi səfərdə daha çətin oyun gözləyir.
- “Qarabağ” “Rudar”ı mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti turda “Seltik” - "Styarnan" cütünün qalibi ilə qarşılaşacaq. Ölkəmizin futbol ictimaiyyəti artıq “Qarabağ”ın “Seltik”lə oyunda şanslarını dəyərləndirməyə başlayıb. Hətta sizin “Seltik”i mübarizədən kənarlaşdırmalı olduğunuzu deyənlər də var. Bu barədə nə deyə bilərsiz?
- Bu söz-söhbətlər mənim də qulağıma çatıb. Fikrimcə, indidən “Seltik”i müzakirə edən insanların ya “Rudar”la evdəki ilk oyunumuzun nəticəsindən xəbərləri yoxdur, ya da ki, onlar “Qarabağ”ı istəməyən insanlardır. Biz komanda olaraq, hələki “Seltik” barədə qətiyyən düşünmürük. Komanda olaraq ilk oyunun nəticəsindən sonra başa düşürük ki, səfərdəki oyun daha ağır keçəcək.
- “Rudar”la ilk matçda “Qarabağ”ın oyununda çatışmazlıqlar gözə çarpırdı. Bu nə ilə bağlı idi?
- Nəzərə almaq lazımdır ki, mövsümün ilk rəsmi oyunu idi. Bu dönəmdə komandanın optimal formada olması qeyri-mümkündür. Özünüz də gördüz ki, komandada xeyli dəyişikliklər olub. Təbii ki, futbolçuların bir-birinə uyğunlaşması vaxt tələb edir. Hamımız bunu anlayırıq və məşqlərdə də bu mərhələni tezliklə adlamağa çox çalışırıq.
Mənbə: Sportal.az
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video