“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bilindi. Ağdam təmsilçisi Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq. Komandanın yarımmüdafiəçisi Qara Qarayev Qol.Az-a müsahibəsində rəqib və ÇL-dakı mübarizələri haqda danışıb
- “Rudar” klubu haqda hər hansı məlumatın var?
-İndi bu komanda haqda fikir bildirmək çətindir. Rəqibimizi tanımıram. Yəqin baş məşqçimiz “Rudar”ı lazımınca analiz edəcək və rəqibi bizə də tanıdacaq. Hər halda Çempionlar Liqasında zəif komanda iştirak etmir. Yəqin “Rudar” da güclüdür. Bununla belə, ümid edirəm ki, turu keçən tərəf biz olacağıq.
- Digər rəqiblərə nisbətən “Rudar”ın daha münasib olduğunu demək olarmı?
- Hansı rəqib düşsəydi, münasib edəcəkdik. Məncə, kənardan baxanlar da deyəcəkdi ki, münasib rəqibdir. Ancaq düşünmürəm ki, “Rudar” asan rəqibdir.
- Mərhələnin taleyi haqda nə düşünürsən?
- İndi bilmirik kimə qarşı oynayacağıq, necə oynacağıq. Təlim-məşq toplanışından çox şey asılıdır. İlk oyunu Bakıda keçərəcəyik. Ona görə də hazırlığımız daha qısa olacaq. Bu az zaman ərzində yaxşı hazırlaşmalıyıq. Yoldaşlıq oyunlarında hansı səviyyədə olduğumuz bilinəcək.
- İlk görüşün Bakıda keçirilməsi ürəyinizcə olmadı?
- Səfərdə olsa, daha yaxşı olardı. Çünki hazırlıq keçmək üçün vaxtımız az olacaq. Məcburuq ki, Bakıya tez qayıdaq.
- Hər halda “Qarabağ”ı cütün favoriti hesab etmək olar.
- Kağız üzərində favoritlik heç nəyi həll etmir. Çox çalışmalıyıq. Arxayınlaşmayacağıq.
- Son illər Avropadakı çıxışlarınız “Qarabağ”dan gözləntiləri daha da artırıb. Bu durumda mübarizə aparmaq çətin olmayacaq ki?
- Bilirik ki, bütün Azərbaycan turu keçməyimizi istəyir və bizdən bunu tələb edirlər. Ancaq nəzərə almaq lazımdır ki, bir neçə aparıcı futbolçumuz komandanı tərk edib. İndi yeni komanda kimiyik. Heyətimizə bir sıra yeni futbolçular qoşulub. Gözləntilərin olması yaxşıdır, ancaq dediyim amilləri də nəzərə almaq lazımdır.
- Yeni komandanın müsbət tərəfləri də ola bilər.
- Bəli, ancaq nə dərəcədə hazır olacağımız təlim-məşq toplanışından sonra bilinəcək.
Ramiq AĞAMƏMMƏDOV
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da