"Neftçi"nin yeni transferi Xuan Alberto Melli klubun rəsmi saytına müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Melli, "Neftçi"yə gəlməmişdən öncə hansı klublarda çıxış etmisən?
- Mən 2002-ci ildən başlayaraq 8 il İspaniyanın "Betis" klubunda çıxış etmişəm. Bu klubla Çempionlar Liqasında oynamışam. Daha sonra "Tenerife" klubuna keçdim. 2011-ci ildə Belçikanın "Gent" klubunun formasını geyindim. Bundan 2 il sonra Moldovaya yollandım və "Şerif"də oynadım. "Neftçi"yə gəlməmişdən öncə isə "Simurq" klubunun heyətində meydana çıxmışdım.
-Milli komanda karyeran barədə nə deyə bilərsən?
-16 yaşımdan başlayaraq 21 yaşına kimi İspaniyanın bütün yığma komandalarında oynamışam. Hazırda İspaniyanın məşhur futbolçularından olan Xavi, İnyesta, Xoakin və digərləri ilə bir komandada meydana çıxmışam. Xoakinlə "Betis"də də biryerdə oynamışam. Onların hər biri ilə dostluq münasibətlərim var. Mütəmadi olaraq onlarla əlaqə saxlayıram.
- "Neftçi"yə keçidinlə bağlı danışardın
-"Neftçi"dən mənə transfer təklifi gəldi. Qərar verdim ki, karyeramı burda davam etdirim. Burada əlimdən gələni edib, komandama faydalı olmaq istəyirəm. Burada yeniyəm. Yaxşı nəticələr qazanmaq üçün zamana ehtiyac var.
- "Neftçi"də çoxlu gənc futbolçular var. Sən isə daha təcrübəlisən. Bu iki cəhət bir-birini necə tamamlayacaq?
- Təbii ki, gənclər hər zaman təcrübə sarıdan əziyyət çəkir. Amma buradakı gənclərin hamısı istedadlı və bacarıqlı futbolçulardır. İnanıram ki, zamanla komanda halında yüksək nəticələr qazanacağıq.
- Qarşıdakı yoxlama oyunları və avrokubok matçları barədə nə deyə bilərsən?
- Çox az vaxtımız qalıb. Heyətdə yeniliklər var. Hər kəs çalışır ki, bacardığının ən yaxşısını etsin. Güclü oyun göstərmək üçün tam hazır olmalıyıq. Belə olan halda avrokuboklarda da müsbət nəticələr qazana bilərik.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq