Azərbaycan millisi İsrailə qalib gəldi

Azərbaycan millisi İsrailə qalib gəldi
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2026 / 12:28 836
-  A +

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında 4-cü oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda İsrail yığması ilə qarşılaşıb. Görüşdə Famil Xəlilovun baş məşqçi olduğu millimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

U-15 millimiz bu gün saat 18:15-də növbəti matçında Haiti yığması ilə qarşılaşacaq. 

Azərbaycan millisi hazırda 9 xala malikdir və yalnız vurulan qolların sayına görə Haitidən geri qalaraq 3-cü yerdədir. Beləliklə, A qrupunda ikinci yerin taleyi bu oyunla həll olunacaq.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner