“Bakıya qələbə ilə yollanacağımız üçün çox şadam. Düzəltməli olduğumuz məqamlar var”.
QOL.az Danimarka mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Orhus”un (AGF) baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”a qarşı ilk oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.
O, xüsusilə ikinci hissənin əvvəlində oyuna tam nəzarət etdiklərini bildirib: “Amma “Sabah” hesab arasındakı fərqi azaltdıqdan sonra bu nəzarəti itirdik. Əsas olan qalib gəlmək idi və buna nail olduq”.
Yakob Poulsen matçda 2 qol vuran Ceyms Boqerenin çıxışını yüksək qiymətləndirib. O, uqandalı 18 yaşlı hücumçunun buna layiq olduğunu bildirib.

“Artıq vaxtı idi. O, indiyədək qol vurmamışdı. Buna görə də qolların məhz indi gəlməsi sevindiricidir. Vurduğu qollar isə möhtəşəm idi”.
Poulsen gənc futbolçunun böyük potensiala malik olduğunu deyib: “Bu yaşda belə çıxış etmək təsiredicidir. O, inanılmaz enerjiyə malikdir, çox yüksək intensivliklə qaçır və komanda oyununda da əvvəlkindən daha yaxşı iştirak edir”.
Baş məşqçi Boqerenin ən güclü cəhətlərini də qeyd edib: "Ceyms çox yaxşı tamamlayıcıdır. Bunu təkcə “Sabah”la oyunda yox, məşqlərdə də görürük. Düzdür, hər gün belə qollar vurmur. O, klassik mərkəz hücumçusu deyil. Dərinliyə qaçışları, texnikası və digər keyfiyyətləri rəqiblər üçün ciddi problem yaradır. Üstəlik, əksər müdafiəçilərdən daha sürətlidir”.
Xatırladaq ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Bakıda, Masazır qəsəbəsi stadionunda keçiriləcək.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə
"Fənərbaxça"nın futbolçusu Braziliya klubuna keçir
İspaniya Superkubokunun oyunları İstanbulda
Daha bir ölkə İnfantinoya dəstəyini geri çəkdi
"Şəfa"nın 19-cu transferi fransalı oldu
Doku daha 5 il "Mançester Siti"də
La Liqada çipli toplardan istifadə olunacaq
Zidan Bartezi də milliyə gətirdi
"Araz-Naxçıvan"a qayıtdı
Mövsümün ilk turunun hakimləri müəyyənləşdi
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
Enrike Fergüsona çatdı
Mikels qardaşlarından biri Malta klubuna keçdi
"Everton"un hücumçusuna mərc ittihamı
Lukaku “Fənərbaxça”ya keçidindən danışdı
“Qarabağ” – “Dinamo”: hansı kanalda?
Messi atasının ölümündən sonra ilk oyununa çıxdı
Zlatko Daliç milli komandanın baş məşqçisi təyin olundu
PSJ UEFA Superkubokunu da qazandı
“Sabahın Ulduzları”: “Neftçi”, "Sabah" və "Zirə"dən qələbə