Bu gün AFFA-nın təşkilatçılığı ilə APL Fantasy layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.
QOL.az-ın xəbərinə görə, tədbirdə eyni zaman layihənin veb saytı və mobil tətbiqi təqdim olunub.
Tədbirin mahiyyətinə keçmədən əvvəl qeyd edək ki, "Fantasy football" iştirakçıların virtual futbol komandası formalaşdırdığı oyundur. Virtual komandanın üzvləri real yarışlarda çıxış edən futbolçuların prototipləridir və onların real oyunlarda göstərdikləri statistik nəticələrə əsasən iştirakçılar xal qazanırlar. Konsepsiya ilk dəfə 1991-ci ildə İngiltərədə geniş ictimaiyyətə təqdim olunub. Oyun İngiltərə Premyer Liqasının 1992/93 mövsümündə milli miqyasda geniş populyarlıq qazanıb.

Tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib ki, APL Fantasy layihəsinin əsas məqsədi Azərbaycan Premyer Liqasına marağı artırmaq və oyunlara daha çox azarkeş cəlb etməkdir. Onun sözlərinə görə, bu cür platformalar dünyanın aparıcı futbol liqalarında böyük populyarlıq qazanıb. C.Fərəcullayev qeyd edib ki, Azərbaycanda da layihəyə ciddi maraq olacağına inanırlar. O xatırladıb ki, təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi qeydiyyatdan keçib. Baş katib hesab edir ki, yeni platforma yerli çempionatın izlənməsinə əlavə diqqət yaradacaq.
"APL Fantasy layihəsini Premyer Liqamızı daha cəlbedici etmək üçün istifadəyə veririk. İnanırıq ki, bu platforma həm yeni azarkeşlər cəlb edəcək, həm də çempionatımıza marağı artıracaq. Təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi var. Hesab edirik ki, yerli platformamız da böyük maraq doğuracaq".

Layihənin müəllifi, AFFA-nın Futbolun İnkişafı Departamentinin skautinq və analitika üzrə meneceri Ziya Əsgərov çıxışında bildirib ki, iştirakçılar yaratdıqları hesablara həm sayt, həm də mobil tətbiq vasitəsilə daxil ola bilərlər: "Hər bir istifadəçi iki komanda yaratmaq imkanına malikdir. Komandaya 15 futbolçu seçmək olar, lakin eyni klubdan ən çox üç oyunçu daxil edilə bilər. Seçilmiş futbolçuların vurduğu qollar və göstərdikləri nəticələr iştirakçıya xal qazandırır".
Əsgərov əlavə edib ki, qaliblər üçün səyahət paketi, PlayStation 5 və sponsorların müxtəlif hədiyyələri nəzərdə tutulub. Onun sözlərinə görə, ötən mövsüm dünya üzrə FPL-də 13 milyon istifadəçi iştirak edib. Yaratdıqları layihədə məqsəd isə Azərbaycan futbolsevərlərinin də bu platformaya böyük maraq göstərməsinə nail olmaqdır.

Fantasy Premyer Liqasında futbolçuların qiymətləri və topladıqları xallar mövsüm ərzində dəyişə bilər. Onun sözlərinə görə, ən bahalı oyunçunun dəyəri 12 kreditdir. Ən aşağı qiymət isə 4 kreditdən başlayır. Əsgərov qeyd edib ki, futbolçular uğurlu çıxış etdikcə onların kredit dəyəri artır, bu isə iştirakçılar arasında daha maraqlı rəqabət yaradır. O bildirib ki, istifadəçilər platformanın statistika bölməsində futbolçuların qol, məhsuldar ötürmə və digər göstəricilərini izləyə bilərlər.
AFFA nümayəndəsi qeyd edib ki, xal sistemi də futbolçuların meydandakı çıxışına əsaslanır. Məsələn, əsas heyətdə oyuna başlayan futbolçu əlavə xal qazanır, buraxılan qollar isə müdafiəçilər və qapıçılar üçün mənfi xal hesablanır. Qol vuran, penalti qazandırmış futbolçu isə komandaya əlavə xallar gətirir.
Ziya Əsgərov bildirib ki, istifadəçilər komanda yaratdıqdan sonra avtomatik olaraq seçdikləri klubun liqasına qoşulurlar. Onun sözlərinə görə, iştirakçılar açıq və qapalı formatda öz liqalarını da yarada bilərlər.

Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, Liqa və klublar Fantasy futbol ideyasını müsbət qarşılayıblar.
Aysu Orucova, Qol.az
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu