"Qarabağ"ın futbolçusu Coni Montiel Çempionlar Liqasının pley-off mərhələində "Nyukasl"a qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.
QOL.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında ilk oyundakı səhvlərə toxunub və cavab matçında yaxşı nəticə əldə etməyin mümkün olduğunu deyib:
"İlk oyunun 1-ci hissəsində çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. 2-ci hissədə isə daha yaxşı idik. 1-ci hissədə də belə oynamalı idik. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq həmin oyunu unutmalı, cavab matçı barədə düşünməliyik. Əgər ilk oyunun 2-ci hissəsindəki kimi mübarizə aparsaq, düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik".
C.Montiel geridə qalan Liqa mərhələsini dəyərləndirib: "Ümumilikdə Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hər hansı bir oyunun çox asan keçdiyini xatırlamıram. Bu da normaldır, Çempionlar Liqasıdır. Gözləntilərimə qaldıqda isə Azərbaycanın ən böyük klubu olaraq "Qarabağ"dan gözləntilər həmişə yüksəkdir. Biz də bacardığımız qədər bu gözləntilərin qarşılığını verməyə çalışırıq".
İsaniyalı futbolçu "Daha çox 10 nömrə möveyində özünüzü sərbəst hiss edirsiniz. Lakin bəzi matçlarda sağ cinahda oynamaq məcburiyyətində qalırsınız. Hansı mövqedə daha çox qol vracağınızı düşünürsünüz" sualını belə cavablandırıb: "Xoşbəxtlikdən müxtəlif mövqelərə tez adaptasiya oluram. Müxtəlif mövqelərdə çıxış etmək bacarığım var. Amma özümü "10 nömrə" mövqeyində daha yaxşı hiss edirəm. Düşünürəm ki, bu mövqedə öz bacarığımı daha rahat göstərə və komandaya faydalı ola bilərəm. Lakin bilirəm ki, o mövqedə oynaya biləcək başqa futbolçular da var. Ona görə də lazım gələrsə, başqa mövqelərdə də oynamağa həmişə hazıram".
O, vətəni İspaniyada da "Qarabağ"ın uğurlu nəticələri haqda danışıldığını deyib: "Buraya gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olmaqdan məmnunam və çox xoşbəxtəm. Komanda üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Burada bizə belə dəyərlər aşılanır. Tələblər də yüksəkdir. Mən də demişəm ki, tələblər yüksək olduğu kimi biz də uğurlu olmaq üçün əlimizdən gələni edirik".
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır