Medianın İnkişafı Agentliyinin layihəsi
Məlum olduğu kimi, bu gün Azərbaycan millisi DÇ-2026-nı seçmə mərhələsinin 3-cü turu çərçivəsində Fransanın qonağı olacaq. Parisdəki "Park de Prens" atadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İkiqat dünya və ikiqat Avropa çempionu ilə oyun artıq bizim azarkeşlərdə həyəcana səbəb olub.
Bunun əsas səbəbi isə Fransa millisinin gücü ilə yanaşı, əlbəttə ki, yığmamızın 1995-ci ildə bu komandaya 0:10 hesabı ilə uduzmasıdır.
Bəs millimiz Fransa ilə matçında nəyə ümid etmək olar? Komandamız necə oyun sərgiləməlidir? Bu kimi suallara Azərbaycan millisinin sabiq üzvləri, 1995-ci ildəki Fransa - Azərrbaycan görüşündə də forma geyinmiş Arif Əsədov və Yunis Hüseynov cavab veriblər.
A.Əsədov bildirib ki, Azərbaycan millisi meydanda əzmkar oyun sərgiləməlidir: "Fransa millisinin gücü, reytinqi, heyəti hamıya bəllidir. Əlbəttə ki, hamı millimizin qələbə qazanmasını istəyər. Amma gəlin, reallığı unutmayaq. Yeni baş məşqçi Ayxan Abbasov komandanı hələ yavaş-yavaş tanımağa başlayıb. Burada əsas məsələ psixoloji amildir. Milli ruh var. Biz bunu Ukrayna ilə oyunda gördük. Davamını gətirmək lazımdır. Futbolçularımız meydançada əzmkar, istəkli olmalıdırlar. Əllərindən gələni etməlidirlər ki, uğursuz nəticə olsa belə, məyus olmayaq".

O, 30 il əvvəlki məğlubiyyətin yığmamıza psixoloji baxımdan mənfi təsir edəcəyini düşünmədiyini söyləyib: "Həmin vaxtdan 30 il keçib. Artıq həm Azərbacan millisi, həm Fransa, həm də futbol dəyişib. Beynəlxalq təcrübə baxımından götürsək, hələ ölkə xaricinə yeni-yeni çıxırdıq. İndi isə "Qarabağ"ın futbolçuları TOP klublara qarşı çıxış edirlər. Məncə, Fransaya 0:10 hesablı məğlubiyyətlə bağlı psixoloji amil artıq ortadan götürülüb. Rəqibin gücü təbii ki, bizə təsir edə bilər. Onların ölkə çempionatı, oyun templəri bizdən fərqlidir. Hər bir matçdan qabaq idman həyəcanı olur. Bu, bütün idman növlərində var. Normal bir həyəcandır. Bu olmasa, sən oyuna rahat, arxayın çıxarsan, özünü motivasiya etməyin üçün gec olar. Həyəcan sayəsində futbolçu özünü daha da toparlayır. Amma həyəcanın da bir həddi var, o həddi keçməməlidir. Məncə, bu baxımdan problem yoxdur".
Mütəxəssis Fransaya qarşı müdafiə futbolu oynamalı olduğumuzu deyib: "Fransaya qarşı hansı taktikanın seçilməsi gərəkdiyini məşqçilər daha yaxşı bilirlər. Amma biz Fransaya qarşı açıq oynaya, dominantlıq edə bilmərik. Əlbəttə ki, daha çox müdafiə olunmalıyıq. Sadəcə məsələ budur ki, müdafiəni öz hissəmizdə keçirəcəyik, yoxsa onların hissəsində. Bunu məşqçilər komandanın potensialına uyğun seçməlidirlər. İlk 10-15 dəqiqə ərzində daha ayıq-sayıq olmalıyıq. Standart vəziyyətlərdə, rəqibə qarşı mübarizələrdə futbolçularımız bir-birlərini sığortalamalıdırlar. Daha sonra da müdafiəyə tam oturmaq olmaz. Əks-hücumlarda təhlükəni hiss etdirmək lazımdır. Desinlər ki, Azərbaycan Ukraynadan 1 xal alıb. Onların baş məşqçisinin dediyi kimi, "Qarabağ" "Benfika" kimi komandaya qalib gəlib. Yən, sıradan bir milli deyilik. Lixtenşteyn deyilik. Bizim də özümüzə görə bir çəkimiz var".

A.Əsədov 20 il əvvəlki Fransa millisi ilə indiki Fransa yığmasını da müqayisə edib: "Təbii ki, o vaxtlarda da Fransa millisinin heyətində ulduzlar var idi. Trabzonda ilk oyunumuzu keçirəndə Jinola, Kantona artıq milli ilə vidalaşırdılar. Yeni nəsil sürətli, istəkli bir nəsil idi. Bizimlə qarşılaşdılar. Həmin Fransa sonradan dünya, Avropa çempionu oldu. Fransa millisində həmişə nəsil dəyişir. Maşın kimi işləyirlər. Müqayisə etmək düzgün deyil. Hər dövrün öz ulduzları var. Hazırkı Fransa da dünya çempionudur. Şərait baxımından isə bəli, biz o vaxt ilk dəfə idi ki, belə oyun keçirirdik. Qapalı meydançada oynayırdıq. Meydançanın sürüşkənliyi, oyunun sürəti... Biz o vaxt inkişaf etməmişdik. Rusiya çempionatlarında oynayan futbolçularımız var idi. Amma sürət baxımından Fransaya çata bilmirdik. Bizim üçün yeni bir şey idi. Hesaba baxıb deyə bilmərik ki, heç nə etmədik. Oyunu izləmisinizsə, bilirsiniz ki, epizodları görmüsünüz. Hücumlar edirdik. Sadəcə fərdi səhvlərimiz çox oldu. Ustalıq öz sözünü dedi".
Həmin matçın iştirakçısı olan Yunis Hüseynov isə görüş haqda danışarkən əvvəlcə millimizə uğurlar arzulayıb: "Bugünkü oyunda millimizə uğurlar arzu edirəm. Futbolçularımız heç nədən çəkinməməlidirlər, istəkli olmalıdırlar. Düzdür, Fransa güclü rəqibdir. Amma buna baxmayaraq, futbolda hər bir nəticə mümkündür".

O, 0:10 hesablı məğlubiyyətin bu görüşdə psixoloji problem yaratmayacağını bildirib: "0:10-u yenə yada salırsınız. Amma bu yaddan çıxan bir şey də deyil. O vaxt bizim şəraitimiz 0 dərəcəsində idi. Həmin oyununun 20-25 dəqiqəsinə baxsanız, görərsiniz ki, komandaız pis təsir bağışlamırdı. Amma daha sonra bəli, bizi fiziki baxımdan üstələdilər, gücümüz tükəndi. İndi isə klublarımızın bütün şəaiti var, yaxşı hazırlıq keçiblər. Millimizə də həddindən artıq çox diqqət yetirilir. Ona görə də millimizin bu gün o cür hesabla uduzacağını düşünmürəm. Fikrimcə, həyəcan olmamalıdır".
Y.Hüseynov sonda vurğulayıb ki, Fransa millisinin 1995-ci ildəki heyəti daha güclü idi: "Hər hansı bir futbolçudan soruşsanız, hamı ö vaxtını tərifəyəcək ki, milli belə idi, elə idi, rəqib güclü idi. Mən isə sizə faktlarla deyə bilərəm. O dövrdə Fransa həddindən artıq güclü idi. Həmin illərdə həm dünya çempionu oldular, həm də Avropa. Zinəddin Zidan, Didye Deşam Fransa millisində oynayırdılar. İndi Deşam yığmanın baş məşqçisidir. Bizim dövrümüzdə Fransa çox güclü idi. İndiki heyətlə müqayisə etməzdim. Futbolda dəyişikliklər çox olub. Fərdis futbolçulardan danışsaq, bəli, əvvəlki Fransa güclü idi. Azərbaycan millisində isə heç bir dəyişiklik olmayıb. Əvvəl necə idisə, indi də elədir. Heç bir dəyişiklik görünmür".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq