Medianın İnkişafı Agentliyinin layihəsi
İnsanlarda belə bir fikir formalaşıb ki, idmanla məşğul olan gənclər təhsillərinə davam edə bilməzlər. Bəzən valideynlər məhz bu səbəbdən uşaqlarının idmanla, xüsusilə də futbolla məşğul olmasına icazə vermirlər. Nəticədə isə uşaqlar sevdikləri idman növündən uzaqlaşmış olurlar.
Lakin artıq son illərdə həmin fikirləri təkzib edən gənclərimiz ortaya çıxıb. Onlardan biri də "Zirə"nin U-19 komandasının üzvü Əbülhəsən Məmmədovdur. Ə.Məmmədov builki qəbul imtahanında 696 bal toplamağı bacarıb. Gənc oyunçunun seçimi isə Bakı Ali Neft məktəbi olub.
Bugünkü məhsöhbətimiz də məhz Əbülhəsən Məmmədovdur.
O, əvvəlcə futbola marağının necə yarandığını açıqlayıb. Əbdülhəsən uşaq yaşlarından futbol oynadığını deyib: "Bildiyiniz kimi, hal-hazırda "Zirə"nin U-19 komandasında oynayıram. Futbola marağım baxdığım matçlarla, həyətdə futbol oynamaqla yaranıb. Uşaq yaşlarımdan futbolla məşğul olmaq istəmişəm. İlk dəfə evimizin yaxınlığında yerləşən Sərhədçi İdman Mərkəzində futbola başlamışam".
Ə.Məmmədov həm futbol, həm də təhsil yolunda irəliləməyin çətinliklərindən söz açıb. Həmsöhbətimiz vurğulayıb ki, insan qarşısına hədəf qoyaraq irəliləsə, istədiyi hər şeyi bacarar: "İki yola eyni anda davam etmək çətindir. Amma mən aşağı siniflərdən də dərslərə yaxşı hazırlaşırdım. Ona görə də artıq 10-11-ci sinifdə bütün gün dərs oxumağıma ehtiyac qalmırdı. Müəyyən vaxtlarda dərs oxuyurdum, müəyyən vaxtlarda da məşqlərə qatılırdım. Çətinliklər bunlar olub ki, səhər evdən çıxırdım, evə gecə qayıdırdım. Evdə çox az vaxt keçirirdim. Fərqli yerlərə gedirdim: hazırlıqlara, məşqlərə, məktəbə. Eyni anda hamısına vaxt çatdırmaq çətin idi".
Gənc futbolçu valideynlərinin, müəllimlərinin və dostlarının ona dəstək olduğunu bildirib: "Bu yolda mənə ən çox valideynlərim dəstək olublar. Daha sonra isə müəllimlərim, dostlarım. Bəzi müəllimlərim təhsili seçməyimi istəyirdi, bəziləri isə futbola davam etməyimi".
Ə.Məmmədov gələcək planları ilə bağlı sualları da cavablandırıb. O, hələlik hansı yolu seçəcəyinə qərar vermədiyini söyləyib: "Hal-hazırda hansı yolu seçəcəyimi bilmirəm. Hələ ki, davam edirəm. Hansında daha uğurlu olsam, o yola davam edəcəyəm".
Ə.Məmmədov onu da qeyd edib ki, təhsilə görə futbolu dayandırmaq düzgün seçim deyil: "Futbolla məşğul olan uşaqlara əsas məsləhətim budur ki, təhsil alsınlar. Təhsilə görə futbolu dayandırmasınlar. Hər ikisini davam etdirmək mümkündür. Düzdür, çətindir. Amma insan istəyəndə bunu da bacarır".

"Zirə"nin futbolçusu sonda Azərbaycan futbolunun hazırkı durumuna toxunub: "Bildiyimiz kimi, Azərbaycan futbolunda problemlər var. Xüsusilə də milli komandamızda. Ümid edirik ki, hər ötən ildə daha keyfiyyətli futbolçular yetişəcək və millimizin səviyyəsini yüksəldəcəklər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi