Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycan daha bir mötəbər turnirə ev sahibliyi etməyə hazırlaşır. Bu il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə III MDB Oyunlarını keçiriləcək.
İlk dəfə 2021-ci ildə Rusiyada, 2-ci dəfə 2023-cü ildə Belarusda təşkil olunan yarışı bu dəfə Azərbaycan qəbul edəcək. Yarış Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
III MDB Oyunları üçün işlər yüksək sürətlə həyata keçirilir. Ölkəmizdə bir çox idman kompleksləri təmir olunub və ya yenidən qurulub.
III MDB Oyunları üçün üçün bir neçə şəhər və rayon seçilsə də, turnirin açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Elə ona görə də Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Artıq arenada yenidənqurma işləri başa çatmaq üzrədir.
Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir.
Yenidənqurma işlərini xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionuna baş çəkiblər. Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Təmir olunan idman kompleksləri arasında Xankəndi şəhər stadionu, Yevlax Olimpiya İdman Kompleksi də var. Belə ki, III MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda, boks yarışları isə Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, xüsusən daha böyük yarışların keçiriləcəyi stadionların yenidən qurulmasını qeyd etmək olar.
Onu da qeyd edək ki, yaxın illərdə işğaldan azad olunan Ağdam şəhərində yeni “İmarət” stadionu da istifadəyə veriləcək. Məlum olduğu kimi, Prezidentin iştirakı ilə artıq arenanın təməli qoyulub.
Gənclər və idman naziri Fərid Qayıbov bir neçə gün əvvəl 3-cü MDB oyunları haqda danışarkən Xankəndi şəhər stadionu və Gəncə şəhər stadionundakı təmir-bərpa, yenidənqurma işləri barədə bunları demişdi: "Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək. Ölkə başçısı tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun. Buna çox ehtiyac var idi. Məlum olduğu kimi, "Kəpəz" bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion yararsız hala düşmüşdü. 2 ilə yaxındır ki, biz bu stadionu inşa edirik. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək. Mənə görə, bu stadion Azərbaycanın ən yaxşı futbol arenası olacaq. Çox müasir standartlara cavab verəcək. Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına cavab verən bir arena olacaq".
Bunu da qeyd edək ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə gedəcək. Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.
İndiyədək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin iyul ayında yaydığı məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənmistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.
Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib. Ümumilikdə oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
Müstəqillik tarixi boyuna saysız-hesabsız idman yarışlarının, bir çox mötəbər turnirlərin mərkəzinə çevrilən ölkəmizin III MDB Oyunlarına da layiqli şəkildə ev sahibliyi edəcəyinə əminik.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"İnter"dən yeni transfer
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi - Video
"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov
"Mən çempion olmaq istəyərdim" - Saşa İliç
"İmişli" - "Neftçi" matçından - Video
"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov
Samir Abasovu şoka salan ağlasığmaz epizod - Video
"Qarabağ" - "Sumqayıt" : Heyətlər
Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi
"Çelsi"dən La Liqa klubuna - Rəsmi
"İmişli" - "Neftçi": Heyətlər
"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı
"Vest Hem"in futbolçusu "Fənərbaxça"ya keçdi - Rəsmi
"Qalatasaray" Nelsonu icarəyə verdi
"Bavariya"dan PSV-yə
Qadın futbolunda yeni transfer rekordu
"Mançester Siti" Ruben Diaşla müqaviləni uzatdı
Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi
Dzeko 21-ci əsrin "10-luğ"unda
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
"Beşiktaş"ın pley-offdakı heç-heçəsi - Video
Arda Turan: "Turu keçmək üçün hər şey edəcəyik"
"Tottenhem"in futbolçusu üçün il başa çatdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
Əliyar Ağayev Moyze Kini meydandan qovdu - Video
Millimizin üzvü Konfrans Liqasında növbəti oyuna çıxdı
U-17 millimiz Monteneqroya uduzdu
Avroliqada gecənin nəticələri
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi