Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu gün Misli Premyer Liqasının 2025/26 mövsümü start götürəcək. Sevindirici haldır ki, yeni mövsümdə çempionatımızda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Sumqayıt", "Şamaxı", "Kəpəz", həmçinin 1-ci liqadan elitaya yüksələn "Qəbələ", "Karvan" və "İmişli"dir.
Yarışda 12 komanda iştirak edəcəyindən turnir 3 dövrədən və 33 turdan ibarət olacaq. Misli Premyer Liqaı ilə bağlı digər bir yenilik isə budur ki, çempionatımızda bu mövsümdən etibarən legioner limiti tətbiq olunmayacaq.
Artıq elitada yarışacaq klublarımızın hər biri yeni transferlərlə heyətlərini zənginləşdiriblər. Bəs, 2025/26 mövsümündə Premyer Liqada bizi nələr gözləyir?

Futbol mütəxəssisi, AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev komandaların yay toplanışını, transferlərini dəyərləndirib və onlardan gözləntilərini bölüşüb.
O, Premyer Liqanın yeni mövsümünün maraqlı keçəcəyinə inandığını söyləyib: "Əvvəlcə bütün komandalarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, keyfiyyətli oyunlarımızın sayı çox olar və klublarımız bizi gözəl çıxışları ilə sevindirərlər. Son dövrlərdə ilk dəfə çempionatda 12 komanda iştirak edəcək. Əlbəttə ki, bu, yaxşı haldır. Komanda sayı nə qədər artarsa, azərbaycanlı futbolçuların oynamaq şansı bir o qədər çoxalar. Ümid edirəm ki, təkcə say yox, keyfiyyət də artar. Maraqlı çempionatın keçəcəyinə inanıram".
B.Musayev "Neftçi"nin heyətinin yenidən qurulduğunu vurğulayıb: "Bir neçə klubumuz hazırlıq prosesini ölkə xaricində keçib. Transfer bazarında aktiv klublarımız oldu. Bu mənada "Neftçi"ni qeyd edə bilərik. Demək olar ki, yenilənmiş komanda ilə çıxış edəcəklər. "Sabah", "Araz-Naxçıvan" yeni transferlər ediblər. Bir çoxu tanıdığımız futbolçulardır. Əlbəttə ki, "Qarabağ"ı qeyd etməsək, olmaz. Klublarımızda aktivlik var. Amma oyunçuların hansı səviyyədə çıxış edəcəklərini Premyer Liqa başladıqdan sonra görəcəyik. "Zirə", "Araz-Naxçıvan", "Qarabağ" və "Sabah"ı avrokuboklarda izlədik. Amma "Neftçi"nin çıxışı mənim üçün maraqlıdır. "Neftçi"dən həm azarkeşlərin, həm də biz mütəxəssislərin gözləntiləri böyükdür".
O, çempionatda rəqabətin artmasını arzladığını deyib: "Eləcə də başqa klublarımızın necə oyunlar keçirəcəyini görəcəyik. Bundan sonra onların durumu haqda rəy bildirmək mümkün olacaq. Ümid edirəm ki, çempionluq uğrunda bir neçə komanda gərgin mübarizə aparacaq. "Qarabağ" əvvəlki illərdə ciddi rəqabət yaşmırdı. İstərdim ki, bu mövsüm çempionluq uğrunda rəqabət güclənsin. Bu, inkişafımıza fayda verər".
Mütəxəssis Premyer Liqanın bir neçə turundan sonra komandaların gücü haqda daha dəqiq şərh verməyin mümkün olacağını bildirib: "Avrokuboklarda çıxış etməyən komandaların oyunlarını izləməmişik. Onları analiz etmək çətindir. Premyer Liqa başladıqdan bir neçə tur sona artıq bütün komandaların gücü hamııza məlum olacaq. Hansı klubun nəyə qadir olduğunu o vaxt danışa biləcəyik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi