Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan futbol çempionatlarında 2024/25 mövsümü başa çatmaq üzrədir. 1-ci liqada mövsümün sonuna cəmi 4 tur qalıb. Buna baxmayaraq, artıq 1-ci liqanın çempionu, növbəti mövsüm üçün Premyer Liqaya vəsiqə qazanan komandalar məlumdur.
Turnirdə "Qəbələ" birinciliyi təmin edib, "Karvan" və "İmişli"nin də elitada mübarizə aparacağı dəqiqləşib.
"Karvan"ın Misli Premyer Liqasına qayıtması ilə Yevlax şəhəri 16 il sonra ilk dəfə əsas çempionatda təmsil olunacaq. Bugünkü müsahibimiz isə "Karvan"ın baş məşqçisi Kənan Kərimovdur.
- Hazırda komandada ab-hava necədir? Premyer Liqaya vəsiqə qazanmağınız kluba necə təsir edib?
Ab-hava yüksək səviyyədədir. Sona 4 tur qalıb. Həmin oyunlara köklənmişik ki, yaxşı nəticə və oyunla çempionatı 2-ci pillədə başa vuraq.
- Premyer Liqaya vəsiqə qazanmağınız komandada rahatlıq yaratmayıb? Futbolçuları qarşıdakı oyunlara necə kökləyəcəksiniz?
- Xeyr, rahatlıq yoxdur. Biz Premyer Liqaya vəsiqə qazanmazdan əvvəl uzun müddət lider də olmuşuq, 2-ci yerdə də getmişik. Futbolçuların qarşısına məqsəd qoyulub ki, 1-ci liqanı 2-ci yerdə bitirək. Yəni, hədəfimiz 2-cilikdir.
- Bəs, klub rəhbərliyi olaraq bu uğur sizin üzərinizdə xüsusi bir məsuliyyətə, təzyiqə səbəb olurmu?
- Bilirsiniz ki, Yevlax 16 ildir Premyer Liqada təmsil olunmurdu. Həm klub prezidenti, həm azarkeşlər - hamımız sevinc yaşayırıq. Gözləyirik ki, mövsüm başa çatsın, birlikdə müzakirələr aparaq. Əlbəttə ki, Premyer Liqanın səviyyəsi 1-ci liqadan fərqlənir. Köklü dəyişikliklər olmalıdır ki, Premyer Liqada adımıza layiq yarışaq.
- Təbii ki, bu mövzuda əsas məsələ büdcənin kifayət qədər olmasıdır. "Karvan"da maddi baxımdan hər şey qaydasındadır?
- Ümumiyyətlə, çempionat ərzində bir sıxıntımız olmayıb. "Karvan"ın prezidenti Şahmar Vəliyev hər zaman öz diqqəti, qayğısı ilə yanımızda olub. İnşallah, mövsüm başa çatdıqdan sonra klub prezidenti ilə söhbət etməliyik, büdcə ayrılmalıdır, müzakirələr olmalıdır. Bunu ancaq mövsümün yekununda danışmaq mümkündür.
- Yeni sponsor axtarışları aparılacaq?
- Çox güman ki, ehtiyac olmayacaq. Şahmar Vəliyev klubu təmin edir. Başqa sponsora ehtiyac olacağını düşünmürəm.
- Premyer Liqa səviyyəsində bir komanda qurmaq üçün nələr edəcəksiniz?
- Bilirsiniz ki, Premye Liqada legioner limiti də ləğv olundu. Artıq növbəti mövsümdən etibarən 11 legionerdən də istifadə edə bilərik. Yəqin ki, yeni legionerlərimiz olacaq. İzlədiyimiz futbolçular var.
- Həmin izlədiyiniz futbolçular Azərbaycanda çıxış edirlər, yoxsa xaricdən yeni oyunçular transfer etməyi planlayırsınız?
- Maraqlandığımız futbolçular əsasən Azərbaycan çempionatlarında çıxış edirlər. Həm yerlilər var, həm də legionerlər. Söhbət Premyer Liqa futbolçularından gedir. Hamı indi gözləmə mövqeyindədir. İnşallah, mövsüm başa çatdıqdan sonra nəzarətdə saxladığımız futbolçularla görüşəcəyik. Yeni mövsümdən heyətimizdə Premyer Liqa təcrübəsi olan yerli və əcnəbi futbolçular görə bilərsiniz. Xaricdə izlədiyimiz legionerlər də var. Onlara demək olar ki, danışıqlara başlamışıq.
- Maraqlandığınız futbolçuların adlarını çəkə bilərsinizmi?
- Xeyr. Çünki transfer alına da bilər, alınmaya da. İndi onların adlarını çəkməyim danışıqlara mənfi təsir göstərə bilər. Ona görə hal-hazırda buna cavab verə bilmərəm.
- Bəs, klub olaraq "Karvan"ın növbəti məqsədi nədir? Premyer Liqada hansı iddialarla mübarizə aparacaqsınız?
- Futbol böyük vəsait tələb edən sahədir. Premyer Liqada klubun saxlanılması, qorunması üçün belə böyük vəsait lazımdır. Təbii ki, hədəfimiz birdən-birə avrokuboklara vəsiqə qazanmaq olmayacaq. Çünki müəyyən çatışmazlıqlarımız var. Məsələn, uşaq futbolu. Strategiyamız olacaq. Çalışacağıq ki, ilk mövsümdən yerimizi möhkəmlədək. Daha sonra isə qarşıdakı illərdə yüksək pillələr uğrunda mübarizə aparmağı hədəfləyəcəyik.
- Sonda "Karvan"ın əsas probleminə toxunaq: 1-ci liqada mövsüm ərzində rəqiblər Yevlax şəhər stadionunun ot örtüyündən şikayətlənmişdilər. Premyer Liqada mübarizəyə başlayanadək bu problem həll olunacaqmı?
- Bəli, ən böyük problemimiz ot örtüyü ilə bağlıdır. "Karvan" Premyer Liqa oyunlarını da Yevlax şəhər stadionunda keçirəcək. Artıq müəyyən işlər nəzərdə tutmuşuq. Hazırda çempionat davam etdiyi üçün örtüyü indi dəyişə bilmirik. Mövsüm başa çatdıqdan sonra ot örtüyü yenilənəcək. Ümumilikdə stadionda, tribunalarda da işlər görülməsi planlaşdırılır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər