"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalının "Arsenal"la keçirilən ilk oyunundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, italiyalı mütəxəssis səfərdə böyük hesabla (0:3) uduzduqları matçı belə şərh edib:
"Bunu izah etmək asan deyil. Yaxşı əlaqələndirilmiş oyun qura bilmədik. Fərdi oyuna üstünlkü verdik ki, bu da əks təsirini göstərdi. Nəticədə rəqib topa və ən əsası matçın gedişinə daha yaxşı nəzarət etdi".
Ançelotti "Niyə futbolçulara qələbə istəyi aşılaya bilmirsiniz?" sualını isə belə cavablandırıb: "Bu suala da cavab tapmaq çətindir. Qeyd etdiyim kimi, komanda kompakt oynamalıdır. Düşünürəm ki, bu, mövsüm boyu qarşılaşdığımız əsas problemlərdən biridir".
"Real"ın çalışdırıcısı 0:3 hesablı məğlubiyyətdən sonra mərhələ adlamaq şanslarının minumuma endiyini də etiraf edib: "Şanslar çox azdır, amma cəhd etməliyik. Bu oyunumuzdan dərs çıxarmalıyıq. Görək, bunu bacaracağıqmı. Deyəsən, bu oyundan sonra şansımız yoxdur, amma futbolda hər şey ola bilər",
Qeyd edək ki, "Real"la "Arsenal" arasında cavab matçın aprelin 16-da Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi