Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
2024-cu ilin 16 sentyabrında Azərbaycanda yeni tədris ili başladı.
Uşaqların, gənclərin sağlam və düzgün yetişməsində idmanın böyük rolu olduğu üçün budəfəki mövzumuzu da uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliğinə həsr etdik.
Layihə çərçivəsində həmsöhbətimiz Bakıdakı Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi Aida Əzizova oldu.
O, fiziki tərbiyə fənninin uşaqların inkişafı üçün əhəmiyyətindən danışarkən 24 ildir, bu peşə üzrə fəaliyyət göstərdiyini bildirdi: "24 ildir ki, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi olaraq çalışıram. Bədən tərbiyəsi və idman orqanizmin inkişafı, sağlamlığın qorunması, insanın güclü şəxsiyyət kimi yetişməsi üçün çox vacibdir".
A.Əzizova fiziki tərbiyə müəllimlərinin fəaliyyətindən də söz açıb: "Məktəbimizdə idman müəllimləri dərsləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qoyduğu tələblər əsasında aparırlar. Hər bir dərs üçün alt standartlar verilir və biz onları reallaşdırmaq üçün mövzu seçirik. Alt standartın təlim nəticəsini çıxarırıq və buna uyğun da qiymətləndirmə meyarları yaradırıq. İş formasını seçirik ki, sonda dərs üçün qoyduğumuz məqsədə nail olaq".
O, şagirdlərin diqqətini cəlb etmək üçün müxtəlif yarışlar təşkil etdiklərini vurğulayıb: "Uşaqları əyləndirmək, dərsləri daha maraqlı etmək üçün təbii ki, şagirdlərin maraqlarını nəzərə almalıyıq. Belə olduqda dərslərə daha yaxşı köklənə bilirlər. Onların marağını cəlb etmək üçün dərsi kurikulum keçidlərinə uyğun, şagirdyönümlü tədris edirik. Əyləncəli yarışlara, viktorinalara, müəyyən oyunlara və siniflərarası yarışlara üstünlük veririk. Tədris ili ərzində Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışlarda iştirak edirik. İdman həftəsi çərçivəsində təşkil olunan turnirlərə də qatılırıq. Bundan əlavə, məktəbimizin idman meydançasının durumu da qənaətbəxşdir".

A.Əzizova uşaqların fiziki tərbiyə fənninə marağından da danışıb: "Şagirdlər fiziki tərbiyə dərslərinə böyük maraq göstərirlər. Bunun səbəbi isə dərslərin şən, əyləncəli və maraqlı keçməsidir".
Həmsöhbətimiz şagirdlərin əksəriyyətinin futbol, basketbol, voleybol, şahmat və döyüş idman növlərinə maraq göstərdiyini qeyd edib: "Dərs keçdiyimiz şagirdlərimiz arasında istedadlı uşaqlar var. Onların əksəriyyəti döyüş idman növləri, voleybol, futbol, basketbol və şahmatla maraqlanır".
O, uşaqlar və gənclər arasında idmanın səviyyəsini artırmaq üçün atılmalı olan addımlardan söz açıb: "Yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün yarışların keçirilməsi lazımdır. Təbliğat xarakterli söhbətlər aparmaq və uşaqları tanınmış idmançılarla görüşdürmək də əhəmiyyətlidir".
A.Əzizova uşaqları və gəncləri pis vərdişlərdən uzaq tutmağın yollarından danışıb: "Uşaqları pis vərdişlərdən uzaqda saxlamaq üçün onlar məktəbdə və məktəbdən kənarda keçirilən bütün tədbirlərə cəlb olunmalıdır. Uşaqları həvəsləndirmək, onlarda özünəinam hissi yaratmaq lazımdır".
O, şagirdlərlə tez-tez söhbətlər etdiklərini, uşaqlara motivasiya verdklərini deyib: "Şagirdlərimizə uğur əldə etmiş idmançılarımızdan danışırıq. Uşaqları onlarla görüşdürürük. Bu, şagirdlərimizə müsbət təsir edir. Onlarla motivasiyaverici söhbətlər aparırıq. Səbrli, dözümlü olmaları üçün məsləhətlər veririk. Şagirdlərə idmançıların nailiyyətlərindən danışırıq. Müxtəlif yarışlarda Azərbaycan bayrağının ucaldılması, himnimizin səsləndirilməsi şagirdlər üçün böyük motivasiyadır".

Fiziki tərbiyə müəllimi bunu da vurğulayıb ki, uşaqların valideynləri ilə də sıx əlaqədə olurlar: "Şagirdlərin hər hansı bir idman növünə marağının olduğunu görəndə onların valideynləri lə bu mövzu ətrafında danışırıq. Şagirdin qabiliyyətinə və həvəsinə görə söhbətlər aparırıq. Onlara kömək etmək üçün tövsiyələr veririk. Valideynlər də görürlər ki, dövlət idmançılara hər bir şəraiti yaradır. Ona görə də övladlarının idmançı olmağını istəyirlər.
Ölkəmiz inkişaf edib, müasirləşib. Amma hələ də bəzi regionlarda düşünürlər ki, idman qız üçün deyil. İdmanla məşğul olmaq cinsindən asılı olmayaraq, hər bir fərdin hüququdur. Qədim dövrlərə qadınlar kişilərlə bərabər at çapıblar. Bizim qadınlarımız indi boksla, futbolla, voleybolla və başqa idman növləri lə məşğul olurlar. Sağlam qadın sağlam nəsil deməkdir. İndi əksər valideynlər qızlarını könüllü şəkildə idmana yönləndirirlər. Artıq get-gedə bütün valideynlər qızların da idmanla məşğul ola biləcəyini anlayır. Onlar da televizora baxırlar, qızlarımızın uğurlarını görürlər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər