“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin QOL.az saytına müsahibəsi
- Bu günlərdə “Turan Tovuz”la yeni müqavilə imzaladın. Başqa təklif var idi? Seçimi nəyə əsas etdin?
- Başqa təkliflər var idi. Lakin ilk növbədə “Turan Tovuz”la danışıqlar apardıq, razılaşdıq. 2 ildir burada oynayıram. Komandada məni hər şey qane edir. Allah qismət eləsə, daha bir neçə il “Turan Tovuz”da çıxış etmək istəyirəm.
- Düşünmürsən ki, qərar verməkdə bir qədər tələsdin? Çünki hazırda komandanın baş məşqçi postu boşdur...
- Dediyim kimi, iki ildir bu komandadayam. Uğur qazanmaq üçün əlimdən gələni edirəm. “Turan Tovuz”da qalmaq istədim və qaldım. Əsas odur ki, kim gələcəksə, komandaya xeyir versin. Biz də futbolçular olaraq üzərimizə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışacağıq.
- Ayxan Abbasovun komandadan gedişi sənin üçün də gözlənilməz oldu?
- Təbii ki, Ayxan müəllimin gedişi gözlənilməz oldu. Son oyundan sonra hər birimiz istirahətə yollanmışdıq. Bu barədə hər hansı söhbət yox idi. Ayxan müəllim 2 il komandada yaxşı işlər gördü.
- Mətbuatda baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanır. Yəqin sən də adlarla tanışsan. Əcnəbi mütəxəssislərlə yanaşı, yerlilərdən Adil Şükürov, Aftandil Hacıyev, Azər Bağırov, Mahmud Qurbanovun adı hallanır. Bu mütəxəssislərdən hansı ilə işləmək sənin üçün daha rahat olar?
- Mətbuatı izləyirəm, bəli, yerli və əcnəbi mütəxəssislərin adları çəkilir. Kim gəlirsə gəlsin, əsas odur ki, komandaya xeyirli olsun. Nəticələrimiz daha da yaxşılaşsın. Futbolçu olaraq bizim vəzifəmiz baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir.
- Yeni mövsümlə bağlı hədəf avrokuboklara vəsiqə qazanmaq olacaq?
- Son mövsümdə qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı. Amma yeni mövsümdə yeni hədəflər olacaq. Son 2 mövsümü 6-cı pillədə başa vurmuşuq. Bu dəfə hədəfimiz daha üst pillələrdə qərarlaşmaq olacaq. Biz də futbolçu kimi əlimizdən gələni edəcəyik ki, avrokuboklara yollanaq.
- Artıq 3-cü ilə keçir ki, “Turan Tovuz”dasan. Geridə qalan 2 mövsümü özün və komandan üçün necə dəyərləndirərdin?
- Yeni yaranan komanda olduğumuzu nəzərə alsaq, geridə qalan iki ili uğurlu hesab edirəm. İlk mövsümdə kubokda yarımfinala kimi irəlilədik. Hətta bizi finaldan dəqiqələr ayırırdı. Təəssüf ki, yekunda həlledici qarşılaşmadan kənarda qaldıq. Həm də həmin mövsüm komandada şərait, büdcə indiki kimi deyildi. Təlim-məşq toplanışına necə getdiyimizi ancaq futbolçular, məşqçilər və rəhbərlik bilir. Son mövsümdə isə son 4-5 tura qədər avrokuboklar uğrunda mübarizəmizi davam etdirirdik. Bu, pis nəticə deyil. Qarşıdakı mövsümdə komandaya yeni qoşulanlar da olacaq. İnanıram ki, daha güclü “Turan Tovuz” görəcəyik. Komandadakı hər kəs yaxşı nəticə qazanmaq istəyir.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"