Medianın İnkişafı Agentliyinin layihəsi
Son aylar azərbaycanlı futbolçuların Türkiyə futboluna axını sürətlə artmaqdadır. Hazırda legioner həyatı yaşamaq istəyən yerli futbolçularımız əsasən qardaş ölkənin klublarını seçirlər. Onların arasında Azərbaycan millisində çıxış edən oyunçular çoxluq təşkil edir.
Təkcə bu mövsüm Şahruddin Məhəmmədəliyev və Renat Dadaşov superliqa təmsilçilərindən "Adana Demirspor" və "Hatayspor", Coşqun Diniyev birinci liqa təmsiçilərindən "Ümraniyespor", Vüsal İsgəndərli "Boluspor", Sərtan Taşkın "Manisa", Bəxtiyar Həsənalızadə isə "Tuzlaspor"la müqavilə bağlayıb. Ötən gün isə birinci liqanın başqa bir təmsilçisi "Kocaelispor" yığmamızın üzvü Ramil Şeydayevi transfer etdiyini rəsmən açıqlayıb.
Beləliklə, bu mövsümdə Türkiyə superliqası və birinci liqalarına keçən azərbaycanlı futbolçuların sayı 7-ə çatıb.
Bunadək ən son 2021-2022-ci illərdə Namik Ələsgərovun "Bursaspor"un formasını geyinməsini, 2023-cü ilin fevralından may ayınadək Mahir Emrelinin icarə əsasında "Konyaspor"da oynamasını xatırlatmaya bilmərik.
Bəs, yerli futbolçuların Türkiyə klublarını seçməsinin səbəbləri hansılardır?

Futbol eksperti və meneceri Səbuhi Səfiyarlı düşünür ki, Türkiyədə azərbaycanlı futbolçulara legioner limitinin tətbiq edilməməsi bizim futbolçuların qardaş ölkəyə axın etməsinin əsas səbəblərindəndir: “2021-ci ildə Türkiyəyə bəzi transferlər olsa belə, daha böyük sayda gedişlər 2023-ci ilin yayından başladı. Bu da Türkiyə Futbol Federasiyası tərəfindən tədbiq olunan “Mavi lisenziya”dan sonra oldu. Lisenziyaya əsasən, türkdilli ölkədən olan futbolçu legioner sayılmadan oynaya bilər. Ona görə Türkiyə klubları Azərbaycan, Qazaxstan, Özbəkistan kimi ölkələrdən futbolçularla maraqlanmağa başladılar. Yəqin ki, növbəti ildə bu maraq daha çox olacaq. Düzdür, Superliqada bu ölkələrdən olan futbolçuların sayı o qədər də çox deyil, amma aşağı liqalarda daha çoxdur. Əsas məsələ isə bizim futbolçunun legioner sayılmamasıdır. Bu da əsas təkanverici vasitə oldu. Bir az da dərinə gedib soruşsaq ki, niyə bu ölkələr arasında Azərbaycandan futbolçular daha çoxdur, bunun əsas səbəbini bizim mədəniyyətin, bizim dilin digərlərinə nisbətən daha yaxın olmasını qeyd etmək olar. Bizim türklərlə işləməyimiz daha rahatdır”.
O, Azərbaycan futbolçuların Türkiyəyə olan maraqlarının səbəblərindən də danışıb: “Bizim futbolçuların Türkiyəyə maraq göstərməsinə gəldikdə, birinci maliyyə məsələsi ortaya çıxır. Maaliyyə cəhətdən onların təklifləri çox sərfəlidir. Burada qazandıqlarından daha artıq qazanırlar. İkinci məsələ isə perspektivdir. Oyunçular inanırlar ki, aşağı liqalarda özlərini yaxşı göstərsələr, Superliqa klublarını diqqətini özlərinə cəlb edə bilərlər. Çünki Türkiyənin 1-ci Liqasından Superliqaya getmək daha asandır, nəinki Azərbaycan Premyer Liqasından. Həm də Türkiyənin 1-ci liqasında belə futbol atmosferi, televeziya yayımı bizdən daha maraqlıdır. Bu isə bizim futbolçuları cəlb edən əsas faktorlardandır”.

Futbol meneceri Vaqif Heydərli isə Azərbaycan oyunçularının Türkiyəyə kütləvi keçidlərinin yeganə səbəbini tədbiq olunan qaydada görür: “Bizim futbolçuların Türkiyəyə axını çıxan son qaydalarla əlaqəlidir. Həmin qaydaya görə, azərbaycanlı futbolçular orda legioner sayılmır. Legioner sayılanda maraq az idi. Namiq Ələsgərovun “Bursaspor”a gedən dövrlərdə indiki limit yox idi. Türkdilli ölkələrdən olan futbolçulara yerli kimi baxılandan sonra Türkiyəyə maraq daha da artdı”.
V.Heydərli Ramil Şeydayevin "Kocaelispor"a keçidi haqda da fikirləri ilə bölüşüb: “Məncə, Ramil Tailandda qalmaq istəmirdi. Komandasını dəyişmək istəyirdi. Həm son hadisələrə görə, həm, yəqin ki, komanda heyətinə uyğunlaşa bilməməsinə görə. Türkiyədə, bəlkə də, Superliqadan hansısa klub onunla maraqlana bilərdi. Amma oyun praktikası mənasında orda o qədər də şansı olmazdı. Yəqin ki, maliyyə şərtləri də yaxşıdır. Hər şey onu göstərir ki, bu keçid uğurlu olacaq. Ancaq bu, futboldur. Bəzən uğurlu düşündüyün transfer uğursuz olur və ya əksinə. Ona görə Ramilə ancaq uğurlar arzulaya bilərik”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində