“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “Zirə” ilə oyundan sonra Qol.az saytına müsahibə verib.
- Ardıcıl 4 məğlubiyyətdən sonra komandanız bu gün ilk qələbəsini qazandı. “Zirə” üzərində qələbəni necə şərh edərdiz?
- Komandamız bu dəfə daha yaxşı oynadı. Bu oyunla komanda dirçələcək. Qələbəyə baxmayaraq, bu yenə də mənim istədiyim oyun, həmin "Qəbələ" deyil, hər 8-10 dəqiqədən bir rəqib qapısında təhlükə yaratmırıq.
- Bu qələbə psixoloji baryeri aşmağa imkan verəcək?
- Liderə qalib gəlmişik. Bəli, düşünürəm ki, bu qələbə psixoloji baryeri keçmək üçün kömək olacaq. Bu oyunla hər şey demək olar. Əslində, 5-ci turda qələbəyə hər söz bildirmək olar. Komandanın hansısa oyunda qələbə qazanacağına inanırdım. Əvvəlki matçlarda da pis oynamırdıq. Yalnız “Sabah”la oyun istisna olmaqla. Həmin görüşdə komandada yorğunluq var idi. Çünki cəmi 2 gün vaxtımız olmuşdu, yolda çox vaxt itirmişdik. Gözləyirdik ki, oyun təxirə salınsın. Amma PFL fərqli qərar qəbul etdi.
- Oyunun təxirə salınması üçün PFL-ə müraciət etmişdiz?
- Xeyr, müraciət etmək istəmədik. Onlar özləri bunu düşünməli idilər. Nəzər almalı idilər ki, bir gün yolda olmuşuq. Sanki həmin oyunda olan məğlubiyyətlərə görə komanda həmin atmosferdən çıxa bilmir. Həmin oyunlara baxaraq analiz edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Öz oyunumuzu göstərməliyik.
- Belə söhbətlər gəzirdi ki, bu oyunda məğlubiyyət Elmar Baxşıyev üçün sonuncu ola bilər...
- Xeyr, bu, mümkün deyil. Komanda liqada qalmamaq şərti ilə Elmar Baxşıyev “Qəbələ”dən getməyəcək. Elmar Baxşıyevə və futbolçularıma tam inanıram. İnanıram ki, yaxşı oyun göstərib azarkeşlərimizi sevindirəcəyik. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq kimi bir tapşırıq qoyulmayıb. 3 il ard-arda avrokuboklarda çıxış etdik. Ola bilər ki, bu mövsüm belə bir nailiyyət əldə edə bilməyək.
- Transfer pəncərəsinin bağlanmasına az qalıb. Yeni futbolçunun gəlişi gözlənilir?
- Danışıq apardığımız futbolçu var. Hücum mövqeyində çıxış edir. Yəqin ki, qarşıdakı günlərdə bu keçidi reallaşdıracağıq.
- Belə görünür ki, “Qəbələ”nin maliyyə durumunda bir dəyişiklik yoxdur...
- Ötən illərdə komanda tam dağıldığı bir anda sıfırdan heyət yığdıq. Futbolçularla 1 illik müqavilə imzalamağımız səbəbsiz deyil. Çünki dövlətin ayırdığı maliyyə hər dəfə bir illik olur, heç kim təminat vermir ki, bu, uzunmüddətli olacaq. Ona görə də 1 illik müqavilə bağlamalı oluruq. Əks halda gərək evimi, maşınımı satım, futbolçuların pulunu verim. Büdcə asılılığı dayanıqlı deyil.
- Keçən il akademiya ilə bağlı sponsor cəlb olunmuşdu. Bunun ardı gələcək?
- Danışıqlar gedir. Sponsorlar dostluq əlaqələrimdən yaranan bir şeydir. Hamıdan çox mən istəyirəm ki, akademiya daha da güclü olsun.
- Sabiq futbolçunuz Qismət Alıyev həmişə Qəbələdə azarkeşlərlə insident yaşayır. Bunun səbəbi nədir?
- Qismət buradan narazı ayrılmayıb. Akademiyanın ən uğurlu oyunçularından olub. Onun xətrini çox istəyirəm. Oyununu dəstəkləyirəm. Azarkeşlər bəzən ondan fair-play qaydalarına riayət etməyi istəyir. Oyunla bağlı ona heç kim heç nə deyə bilməz. Bu məsələyə şəxsən mən cavabdehəm
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?