Medianın İnkişaf Agentliyinin layihəsi
Azərbaycanlı futbolçu Məmməd Quliyev 3 ildən artıqdır ki, Tailandda çıxış edir. Ölkəmizdə “Rəvan”, “Keşlə” və “Şüvəlan”da oynamış 27 yaşlı yarımmüdafiəçi ötən mövsümü Tailandın “Tounburi Yunayted” klubunda keçirib.
Millimizin üzvü Ramil Şeydayevin “Qarabağ”dan ayrılaraq Tailandın “Buriram Yuneyted” klubuna keçidi ərəfəsində bu ölkədə futbolun durumunu öyrənmək üçün Məmməd Quliyevlə əlaqə saxladıq. O, Qol.az-a müsahibəsində Tailand futbolunun durumundan, oradakı çətinliklərdən, müsbət məqamlardan və futbolçunun mümkün inkişaf perspektivindən danışdı. Quliyev hələ bir neçə il bu ekzotik ölkədə oynamaq istədiyini də bildirdi.
- Əvvəlcə Tailanda gedişindən danışaq. Necə oldu ki, bu ölkəyə üz tutdun?
- “Keşlə”dən ayrılandan sonra 6 ay “Şüvəlan”da oynadım. Sonra klub dağıldı. Ölkə xaricinə çıxmaq istədim. Avropada oynamaq fikrim var idi. Menecerlərlə danışıqlar aparırdım. Sonra Asiya daha maraqlı gəldi. Tailanda gəlməli oldum. Məncə, düzgün seçim etdim. Mənə görə, bura daha yaxşıdır. Xoşbəxtəm, futbol atmosferi də çox xoşuma gəlir. Tailandda yaşamağa öyrəşmişəm. İşlər də yolundadır, şükürlər olsun. Heyətə düşmək asan deyil. Legioner limiti var. Mənə burada tanındığıma görə bir az rahatdır. Əvvəl gələndə çətin olurdu. Komandalarda testə göndərirdilər. Performansım yaxşı olduğuna görə özümü göstərə bildim. İkinci liqaya getmək variantlarım olub. Məvacibi istədiyim kimi olmadığına görə razılaşmadıq.

- Tailandın yalnız 3-cü liqa klublarında oynamısan. Orada liqaların səviyyəsi, ümumi durum necədir?
- Sözsüz ki, birinci liqada məvacib daha çoxdur. İkinci liqada 18 komanda çıxış edir. 3-cü liqada isə 64 komanda var. 3-cü liqada qruplar da çoxdur. Hər qrupda 12 komanda olur. 3-cü liqadan 2-ci liqaya yüksəlmək də asan deyil. Yəni komanda sayı çox olduğuna görə bütün liqalar maraqlıdır. Mənim çıxış etdiyim klub xeyli əvvəl əsas liqada olub, sonra büdcə aşağı düşdüyünə görə komanda enişə gedib.

- Məvacibdən danışın. Sirr deyilsə, son klubunda aylıq gəlirin nə qədər idi?
- Bu barədə heç vaxt danışmaq istəmirəm.
- Azərbaycanla müqayisədə orada futbolçuların qazancı necədir?
- Maaş Azərbaycandan qat-qat yüksəkdir. 3-cü liqada çıxış edən elə komanda var ki, legioneri 12 min dollar maaş alır.
- Tailandın fərqli təbiəti, mentaliteti var. Yəqin ki, artıq sənin üçün çətinliklər geridə qalıb.
- Sözsüz ki, yeni gələndə çətinliklər çox idi. Havaya uyğunlaşmaq asan deyildi. İsti ölkədir, həm də yağış həddindən çox yağır. Yağışdan sonra meydan inanılmaz bir vəziyyətə gəlir. Təxminən 2-3 ay belə olur. Sonra bərk istilər başlayır. Düzdür, buna uyğunlaşmaq çətindir, amma öyrəşmişəm. Yemək məsələsində bir az çətinlik çəkirdim. İndi bu problem də yoxdur. Sözsüz ki, öz yeməklərimiz üçün darıxıram. Amma çətinliklər arxada qalıb. Burada özünü futbolçu kimi hiss etmək olur. Yəni adama bir futbolçu kimi hörmət edirlər. Azarkeşlər çoxdur və legionerlərə rəğbət bəsləyirlər.

- Oranın mətbəxi də çox fərqlidir. Menyuda ilan, qurbağa var?
- Yox, elə bir şey yoxdur. Mənim buradakı ətrafım da elə şeylər yemir. Tailandın lap ucqar yerlərində belə şeylərlə qidalananlar ola bilər. O da bilmirəm, normaldır, ya yox. Mən paytaxt Banqkokda yaşayıram. Burada insanlar elə yeməklər yemirlər. Yedikləri dəniz məhsullarıdır, bu da normaldır.
- Klubunla müqavilən başa çatıb. Yeni klubunu seçmisən?
- Digər klublarla şifahi danışıqlarımız olur. İstəyirəm 2-ci liqa klublarından birində oynayım. Bir az vaxt var, qərar verməyə tələsmirəm.
- Azərbaycandan təklif var?
- Olmağına var idi. İndi bu barədə açıq danışmağım düzgün olmaz. Amma əsas fikrim Tailandda qalmaqdır. Ən azı 2-3 il burada oynamaq istəyirəm. Bir az futboldan başqa da işlər var. Artıq 4 ilə yaxındır Tailanddayam. Ona görə də elə burada qalmaq istəyirəm.
- Futboldan başqa işlərin nələrdir?
- Həm biznes, həm də sığorta işi var. Yerli dostlarımla işləyirik.
- Ünsiyyətlə bağlı çətinlik var, yoxsa yerli dili bilirsən?
- Gələndə ingilis dilini bilirdim. Ona görə də problem olmadı. Sonra isə tay dilini də öyrəndim. Elə adamlar var ki, ingilis dilini bilmir, tay dilində ünsiyyət qurmalı olursan. Komandada 30 futbolçu varsa, 5 nəfəri ingilis dilini bilir. Ona görə də yerli dili bilmək vacib idi.

- Millimizin üzvü Ramil Şeydayevin çıxış edəcəyi Tailandın “Buriram Yunayted” klubu haqda fikirlərini bilmək istərdik.
- “Buriram Yunayted” Tailandın ən yaxşı, tanınmış klubudur. Öndə gedən bir klubdur. Ona görə də maliyyə cəhətdən Ramilə sərf edir. Düzdür, Avropada oynasa, daha çox tanına bilərdi, amma bu təklifi alıbsa, dəyərləndirməyi yaxşıdır. Məncə, yaxşı pul təklif ediblər. Kütlə baxımından “Buriram Yunayted” burada ən çox tanınan komandadır.
- Ən çox tanınan klubun Ramil Şeydayevi transfer etməsi ilə bağlı Tailand mətbuatı nə yazır?
- Mətbuatı izləyirəm, məlumat yoxdur. Bu haqda ancaq Azərbaycan mətbuatından oxuyuram.
- Səncə, “Buriram Yunayted”də çıxış etməklə daha yaxşı çempionatlara getmək olar?
- Ramil üçün Avropaya qayıtmaq problem olmaz. Əsas özünü göstərməkdir. Bir az limit məsələsi çətindir. Səhv etmirəmsə, əsas liqada 5 legionerdən artıq oynaya bilməz. Onun üçü avropalı, ikisi asiyalı olmalıdır. Ona görə də bura gələn legionerlər yaxşı futbolçular olur.
- Tailanddan Azərbaycan futbolunu izləyisən?
- Əlbəttə. Çempionatda “Sabah”ı qeyd edə bilərəm. “Qəbələ” yaxşı futbol sərgilədi. Kubokun final oyununa da baxdım. “Neftçi” çempionatda bir az gözlənilən kimi çıxış etmədi. “Turan Tovuz” yaxşı oyunlar sərgilədi. “Şamaxı”nın yaxşı gənc kollektivi var. Bir az təcrübələri çatmadı. “Qarabağ”ın isə oyunu, nəticələri göz qabağındadır. Ümumilikdə çempionatımız normaldır.
Milli komandamıza isə Estoniya ilə oyunda uğurlar arzulayıram. İki ağır məğlubiyyətdən sonra evdə oynayacaqlar. Bu oyunda toparlanmaq, milli ruhla oynamaq lazımdır. İki məğlubiyyəti unutdurmaq lazımdır. Məncə, millimiz bunu bacarar.

- Bizim futbolçular adətən ölkə xaricində darıxırlar, uyğunlaşmada çətinlik çəkirlər. Səndə vəziyyət necədir?
- Darıxmaq yoxdur. Həm xarici, həm də azərbaycanlı dostlarım var. Günüm keçir, fərdi məşlər edirəm. İşlərim də var. Başımız qarışır. Darıxmağa heç vaxt da olmur.
- Tailandda tək yaşayırsan, yoxsa ailə də var?
- Tək yaşayıram.Subayam. Amma burada dostlarım çoxdur.
- Hazırda Tailandda səndən başqa azərbaycanlı futbolçu var?
- Əvvəl var idi, artıq iki ildir oynamırlar.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər