Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Azərbaycanda paralimpiya idman növlərinin sürətli inkişafı bu sahəyə olan dövlət qayğısını, diqqətini gündəmə gətirib. Paralimpiyaçılarımız davamlı olaraq ölkəmizi alnıaçıq, üzüağ şəkildə təmsil etməyi bacarırlar.
Bu mövzuda əvvəlki yazımızda da qeyd etmişdik ki, paralimpiya idman növlərinin Azərbayanda iniişaf etməyə başlaması, bu mövzuda işlərin aparılması birbaşa Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Lakin bu dəfə həmin diqqəti, qayğını bilavasitə dünyaca məşhur paracüdoçumuz, beynəlxalq arenalarda adından söz etdirməyi bacaran İlham Zəkiyevdən öyrənmək istədik. İkiqat Paralimpiya, ikiqat dünya, səkkizqat Avropa çempionu olan İ.Zəkiyev Heydər Əliyevin paralimpiya idman növlərinə diqqətindən, bu sahəyə olan hazırkı dövlət qayğısından və başqa məsələlərdən danışıb.
Zəkiyev əvvəlcə qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra qazilərimizin paralimpiya idman növlərinə cəlb olunması üçün işlər görürlər: “Azərbaycanda paralimpiya hərəkatı inkişaf etməkdədir. 44 günlük Vətən müharibəsindən sonra qazilərimizlə dəfələrlə görüşlərimiz olub. Mən özüm də müraciət etmişəm ki, qazilərimiz Milli Paralimpiya Komitəsinə üz tutsunlar, biz də onların əlilliyinə uyğun olaraq lazım olan idman növünə yönəldək. Bizim peşəkar məşqçilərimiz də onlarla məşğul olsunlar. Necə ki, qazilərimiz üçrəngli bayrağımızı Qubadlıda, Zəngilanda dalğalandırıblar, beynəlxalq arenalarda da dalğalandırsınlar".
İ.Zəkiyevin sözlərinə görə, ölkəmizdə paralimpiya idman növlərinin inkişaf etməsi üçün böyük vəsait ayrılır: "Dövlətimiz Milli Paralimpiya Komitəsinə çox dəstək olur. Bizim yarışlarda iştirak etməyimiz üçün ciddi pul ayırır. Maliyyə məsələlərinə mən qarışmıram. Amma dövlətin bizə dəstək olduğunu bilirəm".
İ.Zəkiyev bildirib ki, paralimpiya idman növlərinə dövlət səviyyəsində qayğı göstərilməsi qazanılan uğurlarla öz təsdiqini tapır: "Nəticələr göz önündədir. İdmançılarımız Paralimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında daim bayrağımızı zirvələrdə saxlamağa çalışırlar. Dövlətin paralimpiya idman növlərinə diqqəti bu mənada özünü göstərir".
Təcrübəli idmançı Azərbaycanın hər bir bölgəsində beynəlxalq standartlara uyğun Olimpiya Komplekslərinin inşa olunduğunu vurğulayıb: "Azərbaycan idmançısının bəxti onda gətirib ki, bu gün bizim İlham Əliyev kimi idmansevər prezidentimiz var. Mən bunu həmişə demişəm. Hazırkı dövrdə ölkədə elə bir rayon yoxdur ki, orada Olimpiya Kompleksi olmasın. Mən bütün dünyanı gəzmişəm. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Bizim beynəlxalq standartlara uyğun komplekslərimiz var".
İ.Zəkiyev Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşlərini xatırlayaraq, ölkə başçısının daim onunla maraqlandığını qeyd edib: "Cənab prezidentin mənə olan birbaşa diqqəti, qayğısı da xüsusidir. Sağ olsun, həmişə məni diqqətdə saxlayır".
İ.Zəkiyev Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı üçün gördüyü işlərə toxunarkən idmançılarımızın ilk dəfə Paralimpiya Oyunlarında iştirak etməsinin məhz Ümumilli Liderlə bağlı olduğunu deyib: "1996-cı ilin fevral ayının 7-də Milli Paralimpiya Komitəsi təsis olundu. Həmin vaxt İlqar Rəhimov komitənin prezidenti seçildi. 1996-cı ildə Azərbaycan idmançılarının Atlanta şəhərindəki Paralimpiya Oyunlarında iştirakı sual altında idi. Mən o vaxt Milli Paralimpiya Komitəsində deyildim. Amma bildiklərimə görə, Ümumilli Lider Heydər Əliyevin qərarı ilə Milli Paralimpiya Komitəsinə şərait yaradıldı, idmançılarımız ilk dəfə Paralimpiya Oyunlarında iştirak etdilər. O vaxt Azərbaycan 2 idmançı ilə təmsil olundu".
Zəkiyev xüsusi vurğulayıb ki, ölkəmizdə paralimpiya idman növlərinin inkişafını, onlara qayğı göstərilməsinin əsasını Ulu öndər qoyub: "Atlantadakı Paralimpiya Oyunlarında iştirakdan sonra da paralimpiyaya diqqət, qayğı, daha da artdı. Azərbaycanda paralimpiya idman növlərinin inkişafının əsasını Heydər Əliyev qoyub. Buna heç kimin şübhəsi olmasın. Hətta 2000-ci ildə Sidneydəki Paralimpiya Oyunlarında iştira edən idmançılarımız vətənə qayıdanda cənab Heydər Əliyev demişdi ki, sizin Sidneyə uçmağınız özü böyük qəhrəmanlıqdır. Onun bir gözəl sözü də var idi ki, mən idman kimi başqa bir sahə tanımıram ki, Azərbaycanın dövlət atributlarını dünyada belə təbliğ etsin".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video