Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeydanın Qol.az saytına geniş müsahibəsi
İkinci hissə
Birinci hissə burada
- Komandan Avropa Liqasında pley-off mərhələsinin bir addımlığındadır. Bunun üçün "Nant"la matçda ən azı 1 xal qazanmalısınız. Şansları necə dəyərləndirirsən?
- Qrupdakı rəqiblərin gücü hər kəsə bəllidir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Onların hamısı çox ciddi rəqiblərdir. Artıq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmişik. Amma təbii ki, bununla kifayətlənmək istəmirik. Hədəfimiz Avropa Liqasının pley-offuna vəsiqə qazanmaqdır. Qurban müəllim deyir ki, mən rəqib stadionunda olsa belə, dolu tribunalar qarşısında oynamağı xoşlayıram. Eyni zamanda biz də bunu xoşlayırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma biz Fransaya yaxşı nəticə qazanmaq üçün yollanacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə qayıdaq. Amma ayağımız yerdə olmalıdır, göylə uçmamalıyıq.

- Ümumiyyətlə, həm "Qarabağ", həm də özün üçün avrokuboklarda bu mövsümü necə şərh edərsən?
- İndiki ana qədər bu mövsümü həm Riçard Almeyda, həm də "Qarabağ" üçün möhtəşəm saya bilərik. Məşqlərdə hamımız bir-birimizə kömək etməyə çalışırıq. Sakit, başıaşağı halda sadəcə işimizi görürük. Sanki hamımız eyni gəmidəyik və eyni istiqamətə getmək uğrunda əlimizdən gələni edirik. Bunu görmək çox xoşdur. Qrupda gündən-günə inkişaf edən Bəhlul Musatafazadə, Ovusu Kvabena, Kadi kimi yeni gələn və tez bir zamanda ümumi komandaya qoşulan, "Qarabağ"ın gücünə güc qatan futbolçularla oynamağımız həqiqətən də möhtəşəmdir. Çox oyunçunu misal çəkmək olar. Maksim Medvedev və Kevin Medina zədələnəndə Bədavi Hüseynov və Bəhlul Mustafazadənin onları layiqincə əvəzləməsini, Toral Bayramovla Elvin Cəfərquliyevin daim bir mövqe uğrunda mübarizə aparmasını, Julio Romao, Marko Yankoviç, Marko Veşoviç, Leandro Andrade, Qara Qarayevin sabit oyununu qeyd etmək istəyirəm. Ümumiyyətlə, bir çox nüans var. Bunlar "Qarabağ"ın gücünə güc qatır. Mənim üçün də mövsüm çox yaxşı keçir. Ümid edirəm ki, sonadək belə olacaq. "Qarabağ"da hamımız eyni gəmidəyik və bir istiqamətdə üzməyə çalışırıq. Bunun nəticəsidir ki, artıq Avropada hamı "Qarabağ"a hörmətlə yanaşır, komandamızı güclü rəqib kimi görür. Çünki biz hamımız hər oyuna əsl döyüşçü kimi çıxmağa çalışırıq.
- "Qarabağ" Avropa Liqasının G qrupunda "Frayburq" və "Nant"la bir, "Olimpiakos"la iki matç keçirib. Hansı oyun sənin üçün daha çətin oldu?
- Hər üçü ciddi və güclü rəqibdir. "Frayburq" və "Nant" "böyük beşlik" ölkələrini təmsil edir. "Olimpiakos"un da əlavə təqdimata ehtiyacı yoxdur. Hər bir rəqibə ciddi yanaşırıq. Amma nisbətən "Frayburq"la matçı fərqləndirərdim. Çünki Bundesliqa təmsilçisidir. "Frayburq" çox nizam-intizamlı komandadır. Eyni zamanda heyətindəki futbolçular keyfiyyətlidirlər, həm atletik, həm fiziki cəhətdən güclüdürlər. Ona görə də nisbətən "Frayburq"la oyun daha çətin olmuşdu.

- Hər mövsüm avrokuboklar zamanı "Qarabağ"a qarşı ən azı bir oyunda nəticəyə təsir edən ciddi hakim səhvi olub. Bu mövsüm necə, hakimlərdən narazısan, yoxsa razı?
- Ümumiyyətlə, hakimliklə bağlı danışmaq heç vaxt asan olmur. Onların işi də asan deyil. Biz hamımız bunu bilirik. Qurban Qurbanov həmişə bizə deyir ki, hakimlərin işinə çox qarışmayaq, müdaxilə etməyək. Biz meydanda öz işimizi görməliyik. Öz məşqlərimizə, oyunumuza fikir verməliyik. Hakimlərlə bağlı azarkeşlər, başqaları danışa bilər. Biz belə şeylərə fikir verməli deyilik. Ümumi götürəndə bu mövsüm hakim qərarlarını qənaətbəxş saymaq olar. Sadəcə 1-ci turda "Frayburq"la matçda sona yaxın Abdullah Zubirə qarşı qayda pozuntusu olduğunu düşünürəm. Həmin epizodda hakim penalti verə bilərdi. Biz də, bir çox başqa insanlar da düşünürlər ki, həmin an penalti var idi. Məncə, bu fakt istisna olmaqa, digər oyunlarda hakimlik normal olub.
- Riçard, "Qarabağ"ı səfər komandası adlandırırlar. Bu fikirlə razısan?
- Qeyd etdiyim kimi, Qurban müəllim deyir ki, rəqibin dolu tribunalarının qarşısında qələbə qazanmağın ləzzəti bir başqadır. Amma bizim üçün fərqi yoxdur. Biz həm öz azarkeşlərimiz qarşısında, həm də rəqib meydanında eyni ruhla oynamağa çalışırıq. Son matçda da "Olimpiakos"a qarşı çox yaxşı oyun nümayiş etdirdik. İstəkli idik, ruh yüksəkliyi var idi. Sadəcə çatışmayan tək şey qol idi. Qarşıdan "Nant"la səfər oyunu gəlir. Təbii ki, biz Fransaya qələbə üçün gedəcəyik. Qurban Qurbanov o inamı, istəyi bizə ötürür. Oyunda hansı nəticə qeydə alınacaq, bu, artıq başqa məsələdir. Amma bizim hədəfimiz qalib gəlməkdir. Ümumiyyətlə, mən düşünürəm ki, "Qarabağ" həm evdə, həm də səfərdə eyni istək, ruh yüksəkliyi ilə oynayır.
- Artıq 11 tur geridə qalıb. Bu mövsüm Premyer Liqada "Qarabağ"a ən çox çətinlik yaradan komandalar hansılardır?
- Biz bilirik ki, çempionatda bütün komandalar bizə qarşı daha fərqli əhval-ruhiyyədə hazırlaşırlar. Hər kəs bizə qalib gəlməyi çox istəyir. Bütün komandalar ciddi rəqiblərdir. Onların məşqçiləri də çox istəklidirlər. Hər kəsin hədəfi var. Bu komandaların hər biri özünəməxsus keyfiyyətlərə malikdir. Yəni, biz onların heç birini ayırmırıq. Bütün rəqiblərə hörmətlə, bütün matçlara isə ciddi yanaşırıq. Amma təbii ki, istənilən oyunda bizim hədəfimiz 3 xal olacaq. İstisnasız olaraq bütün matçlara qələbə üçün çıxacağıq.

- Hazırda turnir cədvəlində “Qarabağ"ın ən yaxın izləyicisi "Sabah"dır. Sənin fikrin necədir, "Sabah" çempionluq uğrunda “Qarabağ"la rəqabət apara biləcək gücdədir?
- "Sabah" turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmağa tam layiqdir. Çünki keçən il komandanın özəyi olan futbolçuları saxladılar və daha yeni oyunçular gəldi. Onlar komandanın gücünə güc qatdılar. Baş məşqçiləri Murad Musayev artıq komandada 2-ci mövsümünü keçirir, çempionatı tanıyır. Ona görə də "Sabah"da ciddi rəqiblərdəndir. Mövsümün sonuna qədər də bizimlə rəqabət aparacaqlar. Bu mövsüm çempionat çox maraqlı, həyəcanlı keçir. Bunu müsbət dəyərləndirirəm.
- Azərbaycan millisinin üzvüsən. Bir neçə gün əvvəl Avro-2024-ün püşkatma mərasimi keçirildi. Yəqin ki, rəqiblərimiz haqda da məlumatın var. Püşkü necə dəyərləndirirsən?
- Aydın məsələdir ki, çətin qrupa düşmüşük. İndi asan oyun yoxdur. Hətta Estoniya ilə matçlar belə asan keçməyəcək. Belçika, İsveç, Avstriya kimi rəqiblərimiz var. Bu komandaların gücü hamıya bəllidir. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. Şimali Makedoniya İtaliyanı dünya çempionatına getməkdən məhrum etdi. Deməli, asan oyunlar yoxdur (gülür). Çıxıb oynamaq, inanmaq lazımdır.
- Azərbaycan millisi bu qrupda hansı pilləni tuta bilər? Komandanın bu dəfə vəsiqə üçün yarışacağına inanırsan?
- Həmişə ümidli olmaq lazımdır. Ancaq qələbəni düşünməliyik. Meydana məğlub tərəf düşüncəsi ilə çıxmaq olmaz. Rəqibin kimliyindən asılı olmayaraq ancaq uğuru fikirləşməliyik. Qələbə, heç-heçə... Mümkün qədər daha çox xal toplamalıyıq, yüksək pillələrdə qərarlaşmaq üçün can atmalıyıq.
Son.
Nur Zeynalova,
Qol.az
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı