“Mançester Siti”ni avrokuboklardan 10 il müddətinə kənarlaşdırıla bilər

“Mançester Siti”ni avrokuboklardan 10 il müddətinə kənarlaşdırıla bilər
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 00:22 245
-  A +

UEFA maliyyə qaydalarının pozulması ilə bağlı təqsirli bilinəcəyi təqdirdə “Mançester Siti”ni 7-10 il müddətinə avrokuboklardan uzaqlaşdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Sezar Auqusto Londonyo “X” sosial şəbəkəsində məlumat yayıb.

İngiltərə Premyer Liqasının müstəqil komissiyası “Mançester Siti”ni 2009-2018-ci illər ərzində maliyyə pozuntuları ilə bağlı irəli sürülən 115 ittihamın böyük əksəriyyəti üzrə təqsirli bilib. İddialara əsasən, klub gəlirlərini təxminən 830 milyon funt sterlinq şişirdib, maliyyə hesabatlarındakı ümumi təhriflərin məbləği isə 900 milyon funtu ötüb.

Qeyd edək ki, 2020-ci ildə İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın “Mançester Siti”ni maliyyə feyr-pley qaydalarının pozulmasına görə iki mövsüm müddətinə avrokuboklardan kənarlaşdırmaq qərarını ləğv edib. Hazırkı iddialarla bağlı isə mümkün sanksiyanın tətbiqi UEFA-nın müvafiq qərarından asılı olacaq.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner