Kamilo Duran “Benfika”ya yenə qol vurdu

Kamilo Duran “Benfika”ya yenə qol vurdu
AVROKUBOKLAR 16 Oktyabr 2026 / 06:56 1243
-  A +

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika” Şotlandiyanın “Seltik” klubunu böyük hesabla məğlub edib.

QOL.az xəbər verir ki, Lissabonda keçirilən qarşılaşma Portuqaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Seltik”in yeganə qolunu 63-cü dəqiqədə Kamilo Duran vurub.

Xatırladaq ki, Kamilo Duran ötən mövsüm “Qarabağ”da oynayərkən də səfər oyununda “Benfika”nın qapısına yol tapmışdı. Kolumbiyalı hücumçu UEFA Çempionlar Liqasının 1-ci turunda Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə komandasının ikinci qolunun müəllifi olmuşdu.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner