Azərbaycan minifutbol millisi 3-cü yer uğrunda mübarizə aparacaq

Azərbaycan minifutbol millisi 3-cü yer uğrunda mübarizə aparacaq
XƏBƏR 16 Oktyabr 2026 / 15:57 244
-  A +

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq.

QOL.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda yarımfinalda Rumıniya millisinə 0:2 hesabı ilə uduzub.

Azərbaycan yığması üçüncü yer uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya (hər ikisi 4:2) və Slovakiyanı (3:2) üstələyib, Rumıniya ilə heç-heçə (3:3) edib.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner