"Real" Vinisius məsələsində geri çəkilmək istəmir

"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 17:15 421
-  A +

Madrid “Real”ı hücumçusu Vinisius Juniorun cəzası ilə bağlı apellyasiya şikayətinin rədd edilməsindən sonra İspaniyanın İdman üzrə İnzibati Məhkəməsinə (TAD) müraciət edəcək.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Gilyermo Rai “X” sosial şəbəkəsində məlumat yayıb.

Braziliyalı futbolçu La Liqanın 8-ci turunda “Vilyarreal”la oyunda (1:0) qırmızı vərəqə aldığı üçün İspaniya çempionatında 4 matçlıq diskvalifikasiyaya məruz qalıb. Junior həmin qarşılaşmada rəqib komandanın futbolçusu Natan-Dilan Salibanın saçından tutub.

Beləliklə, “Real”ın hücumçusu oktyabrın 25-də La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” ilə görüş də daxil olmaqla, 4 matçı buraxmalı olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner