AFFA həkimi olmayan klubları cərimələdi

AFFA həkimi olmayan klubları cərimələdi
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2026 / 12:51 244
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Bir neçə kluba futbolçularının vərəqə almalarına görə cərimələr tətbiq edilib.

“Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 250 manat cərimə edilib.

“Şəmkir” - “Hypers” oyununda “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 200 manat cərimə edilib. 

“Marafon” - “Ağdaş” oyununda isə “Ağdaş” komandasının həkimi olmadığına görə klub 100 manat cərimə edilib. Həmin matçda “Ağdaş” komandasının ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə klub 100 manat cərimə edilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner