"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu

"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 13:35 220
-  A +

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Riş Ceyms dizindən əməliyyat olunub.

Qol.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu məşq zamanı aldığı zədədən sonra tibbi müayinədən keçib. Müayinənin nəticələri əməliyyata ehtiyac olduğunu göstərib. Buna görə də Ceyms şənbə günü “Bornmut”a qarşı keçirilən və “Çelsi”nin 5:1 hesablı qələbəsi ilə başa çatan oyunu buraxıb.

Klubun məlumatına görə, komandanın kapitanı artıq bərpa prosesinə başlayıb. 

Qeyd edək ki, Ris Ceyms bu mövsüm Premyer Liqada 4 oyunda iştirak edib.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner