“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
“Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəlişin olacağı gözlənilən idi. Bugünkü oyuna pis başladıq. Bundan razı qalmadım. Rəqib orta xəttə dörd futbolçu buraxmaqla bizi təəccübləndirdi. Bu problemin həllini tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər etdik. Çox yaxşı oynadıq. Çoxsaylı qol imkanlarımız oldu. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”.
Baş məşqçi növbəti turda qarşılaşacaqları “Zirə” ilə oyun və rəqibə qarşı uğursuz seriya barədə də danışıb. O, rəqibin oyunlarını izlədiyini, lakin ətraflı təhlilin gələn həftə aparılacağını qeyd edib.
“Bu statistika barədə məlumatım yox idi. Həmin seriyaya son qoymağa çalışacağıq”, – deyə Kandido əlavə edib.
Şamaxıdakı 5 qol - Video
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda