Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir

Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 12:15 372
-  A +

İspaniyanın “Hetafe” klubu İngiltərə millisinin sabiq üzvü Ceydon Sançonu heyətinə qatmaqda maraqlıdır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, Hetafe” 25 yaşlı hücumçuya azad agent kimi transfer olunması ilə bağlı rəsmi təklif göndərib. Sançonun karyerasını Yaxın Şərqdə davam etdirmək variantı da var. Bununla belə, İspaniya klubu Meyson Qrinvud transferindəki uğurunu təkrarlamaq və Ceydon Sançonu da heyətinə qatmaq istəyir.

“Hetafe” bir neçə gün əvvəl İspaniya millisi və "Real"ın sabiq futbolçusu Dani Karvahalı transfer edib. Klub indi daha bir səs-küylü keçidə nail olmağa çalışır.

Qeyd edək ki, Sanço son olaraq “Mançester Yunayted”ə məxsus olub və icarə əsasında “Aston Villa”da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner