Sanki Almaniya yox, Türkiyədir - Video

Sanki Almaniya yox, Türkiyədir - Video
VİDEO 16 Oktyabr 2026 / 09:14 857
-  A +

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda Almaniyanın “Hoffenhaym” klubunun qonağı olan “Beşiktaş” azarkeşlərinin böyük dəstəyi ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, Almaniyada və ətraf ölkələrdə yaşayan minlərlə “Beşiktaş” azarkeşi “Reyn-Nekkar Arena”da keçirilən matçı tribunadan izləyib.

Türkiyə klubunun tərəfdarları səsləndirdikləri şüarlarla stadionda ev oyunu ab-havası yaradıblar. Onların səsi televiziya yayımında yerli azarkeşlərin səsindən daha çox eşidilib.

“Beşiktaş” azarkeşləri telefonlarının işıqları ilə də vizual şou nümayiş etdiriblər. Onlar qarşılaşmadan əvvəl stadionun ətrafında toplaşaraq komandalarına dəstək olublar.

Qonaq azarkeşlər üçün ayrılan sektor tamamilə dolub. Bundan başqa, “Beşiktaş” tərəfdarları stadionun digər tribunalarında da yerli azarkeşlərlə yanaşı əyləşiblər.

İddialara görə, 30 min nəfərlik stadionda təxminən 15 min “Beşiktaş” azarkeşi olub.

İstanbul klubu rəsmi X hesabında azarkeşlərinin videosunu paylaşaraq “Evimizdəki kimi” şərhini yazıb.

Qeyd edək ki, oyun “Beşiktaş”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner