Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur

Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 10:33 278
-  A +

UEFA Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turunda “Trabzonspor” Finlandiyanın "KuPS" komandasını 4:2 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, Türkiyə təmsilçisinin heyətində misirli hücumçu Məhəmməd Salah 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Football Tweet”in “X” sosial şəbəkəsində yaydığı məlumata görə, Salah tarixdə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində həm qol vurmağı, həm də məhsuldar ötürmə etməyi bacaran ilk futbolçu olub.

Qeyd edək ki, əsas "Liverpul"dakı çıxışı ilə tanınan Salah "Roma", "Fiorentina", "Çelsi" və "Bazel"də də oynayıb.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner