“Real” La Liqanı məhv etməyə çalışır”

“Real” La Liqanı məhv etməyə çalışır”
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 20:29 219
-  A +

La Liqanın prezidenti Xavyer Tebas “Real”ının onun istefasını tələb etməsinə sərt reaksiya verib.

QOL.az xəbər verir ki, o, sosial şəbəkədəki açıqlamasında “Real” rəhbərliyini çempionatın nüfuzuna zərbə vurmaqda ittiham edib.

“13 il ərzində “Real” rəhbərlərinin neçə dəfə istefamı tələb etdiyini və ya məni nüfuzdan salmağa çalışdığını artıq saymıram. Bugünkü bəyanat da növbəti belə cəhddir. Lakin hələ də cavablandırılmamış suallar var”, – deyə Tebas bildirib.

La Liqa rəhbəri “Real”ı hakimlərlə bağlı ittihamlarını sübut etməyə çağırıb. O, videoların sübutları əvəz edə bilməyəcəyini vurğulayaraq, konkret hakimlərə qarşı dəlilsiz ittihamlar irəli sürülməsini məsuliyyətsizlik adlandırıb.

Tebas, həmçinin “Real” prezidenti Florentino Peresin əvvəllər “Barselona” ilə münasibətlərə dair daha fərqli mövqe sərgilədiyini xatırladıb:

“Onların məqsədi ölkə çempionatını məhv etməkdir. Superliqa ilə əldə edə bilmədiklərini öz mediası vasitəsilə formalaşdırdıqları təhrif olunmuş narrativlə həyata keçirməyə çalışırlar”.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner