İki günə qırılan rekord

İki günə qırılan rekord
DÜNYA FUTBOLU 16 Oktyabr 2026 / 11:26 273
-  A +

“Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub.

QOL.az xəbər verir ki, o bunu UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda, “Zaltsburq”a qarşı matçda (4:0) reallaşdırıb.

Sisse 19 yaş 358 günlüyündə het-trikə imza atıb. Əvvəlki göstərici cəmi iki gün əvvəl “Brügge”nin (Belçika) hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, oktyabrın 14-də UEFA Çempionlar Liqasında Milan “İnter”i ilə oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.

Qeyd edək ki, Trezoldinin nəticəsinə qədər rekord 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Monako” ilə görüşdə (4:1) üç dəfə fərqlənən "Yuventus"un üzvü Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner