“Yuventus”un Bernardo Silva planı

“Yuventus”un Bernardo Silva planı
XƏBƏR 16 Oktyabr 2026 / 19:30 206
-  A +

“Yuventus” qış transfer pəncərəsində portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanı transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.

Turin təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Klub futbolçunu mümkün namizədlərdən biri kimi nəzərdən keçirsə də, onunla birdəfəlik müqavilə imzalamağa hazır deyil. “Yuventus” Silvanı yalnız icarəyə götürməyi planlaşdırır.

Mümkün transferin reallaşması üçün tərəflər maliyyə şərtləri, xüsusilə də futbolçunun maaşının ödənilməsi məsələsində razılığa gəlməlidirlər. İtaliya klubu ümid edir ki, “Real” portuqaliyalı oyunçunun əməkhaqqının bir hissəsini ödəməyə davam edəcək. Bu, keçidin Turin təmsilçisi üçün daha əlverişli olmasına imkan verə bilər.

Mənbənin məlumatına görə, Silvanın hazırkı komandasında oyun vaxtı ilə bağlı problemləri də onun gələcəyinə təsir göstərə bilər. Joze Mourinyonun rəhbərliyi altında kifayət qədər şans qazanmayan yarımmüdafiəçi müntəzəm oynaya biləcəyi kluba keçmək niyyətindədir.

“Yuventus” yaranmış vəziyyətdən yararlanmağa çalışır. Bununla belə, mümkün transferin baş tutması üçün maliyyə və idman məsələləri üzrə razılıq əldə olunmalıdır.


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner