Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az saytına müsahibə verib. O, Premyer Liqamızın 6-cı turunda keçirilən matçlar, həmçinin “Qarabağ”ın Avropa Liqasının ürup mərhələsində “Nant”la (Fransa) qarşılaşacağı oyun barədə sualları cavablandırıb:
- Ötən həftə Premyer Liqada Qərb derbisi keçirildi. “Turan Tovuz” evdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldi. Komandalar necə təsir bağışladılar?
- Qərb derbisinə baxdım. Düzü, “Kəpəz”in uduzmasını istəməzdim. Amma belə oyunların çox olmağı futbolumuzu inkişafa aparır. Rayonlarda oyun olanda stadiona çoxlu azarkeş gəlir. Gördünüz ki, Qərb derbisini nə qədər fanat izlədi. İnanıram ki, “Kəpəz” də öz meydanında oynayanda azarkeşlər gəlib doğma komandalarına dəstək olacaqlar. Matça gəldikdə isə bərabər səviyyədə oyun oldu. Tərlan Əhmədov “Kəpəz”ə yeni baş məşqçi təyin edilib. Ona görə də “Kəpəz”də istək daha çox idi. Əfsuslar olsun ki, bəzi səhvlərdən qollar buraxdılar. Ona görə d uduzdular. “Turan Tovuz”a da, “Kəpəz”ə də uğurlar arzu edirəm.
- “Sumqayıt” - “Şamaxı” oyunu 1:1 hesabı ilə başa çatdı. “Sumqayıt” penaltidən olsa belə, mövsümdə ilk qolunu vurdu…
- Bəli, “Sumqayıt” ilk qolunu “Şamaxı”ya vurdu. Bunu da oyun baxımından yox, penaltidən vurdular. Amma “Sumqayıt” pis komanda deyil. Yəni, deyək ki, “Sumqayıt” zəifdir, yox. Çatışmayan cəhət odur ki, qalib gələ bilmirlər. Məncə, “Sumqayıt” 1 matçda qələbə qaznasa, özünə gələcək. “Şamaxı” isə yerli futbolçulardan qurulub. Komadada əzmkarlıq, istək həddindən artıq çoxdur. Mən oyunlara baxıram, onlar hər matçda mübarizə aparırlar. Lakin təcrübəsizlik baxımından bir az geri qalırlar. Ona görə də qalob gələ bilməyiblər. Mən sizə deyim ki, elə matçlar var, “Şamaxı” rəqibdən üstün oyun nümayiş etdirib, amma qalib gələ bilməyib. “Şamaxı” gənc və perspektivli komandadır. İnanıram ki, gələcəkdə daha yaxşə oynayacaqlar.
- “Səbail” evdə “Zirə”yə 1:2 hesabı ilə uduzdu. Bakı komandalarının oyunu necə alındı?
- “Səbail” pis oynamadı. Əfsuslar olsun ki, “Səbail”in müdafiə xəttində problemlər var idi. Buna görə də qollar buraxdılar. “Zirə”nin zəif oynadığını deməzdim. Bərabərsəviyyəli oyun gedirdi. Amma “Səbail” 10 nəfərlə qalanda daha istəkli oynadı. Məğlub durumdan çıxmaq üçün irəli atılırdılar. “Səbail”in qol imkanları da oldu, amma vura bilmədilər. Məncə, iki komanda çempionat ərzində öz sözünü deyəcək.
- “Neftçi” səfərdə “Qəbələ”yə qalib gəldi. Əyalət təmsilçisi isə mövsümə yaxşı başlasa da, ardıcıl 3 oyundur ki, məğlubiyyətlə üzləşir. Bunu “qara zolaq” adlandırmaq olar?
- “Qəbələ” yaxşı təsir bağışlayır. Komanda hər oyunun ilk hissəsində mütləq qol epizodları yaradır. Lakin “Qəbələ” “Neftçi” ilə oyunun ikinci hissəsinə çıxanda elə 5 dəqiqə ərzində məğlub duruma düşdü. “Neftçi” ikinci hissə başalayan kimi hücumlar etdi, rəqibi öz meydançasına sıxdı. 2 qol vurdular və qalib gəldilər. Bəli, mənə elə gəlir ki, “Qəbələ” “qara zolaq”dadır. Ancaq düşünürəm ki, komanda 1 qələbə ilə stressi öz üzərindən atacaq. “Qəbələ” mövsümə yaxşı başlamışdı, qələbələr qazanmışdılar. Son 3 oyunda uduzublar. Onu da deyim ki, “Qəbələ” əvvəlcə hesabda irəli olsa da, sonradan məğlub duruma düşür. Yəqin ki, baş məşqçi bunun üzərində işləyəcək. Qarşıda “Sumqayıt”la üz-üzə gələcəklər. İnanıram ki, həmin oyunda qələbə qazanıb, “qara zolaq”dan çıxacaqlar.
- Turun mərkəzi qarşılaşması “Qarabağ” - “Sabah” matçı (4:3) idi…
- Məncə, “Qarabağ” layiqli qələbə qazandı. Bilirsiniz ki, “Qarabağ” bir neçə əsas futbolçusunu ehtiyatda saxlamışdı. “Qarabağ” əsas futbolçuları ilə oynayasaydı, daha rahat qələbə qazana bilərdi. Buna baxmayaraq, gözəl oyun oldu. Azərbaycanda belə matçların olması çox yaxşıdır. Çempionat ərzində belğ məzmunlu oyunlar barmaqla sayılacaq qədərdir. Onlardan biri də elə “Qarabağ” - “Sabah” matçı idi. Oyun həddindən artıq maraqlı keçdi. “Sabah”ın çox yaxşı heyəti var. Çempionluğu deyə bilmərəm, amma 2-3-cü yerlər uğrunda mübarizə “Sabah” və “Neftçi” arasında gedəcək. Ötən illə müqayisə etsək, “Sabah” çox inkişaf edib.
- Oyundan sonra futbol ictimaiyyətində çox müzakirəkər aparıldı. Görüşdəki hakim səhvləri qabarıq görünürdü, mübahisəli epizodlar oldu. Xüsusən də “Qarabağ”ın penaltidən vurduğu 4-cü qolun hücumunda topun Ağdam təmsilçisinin futbolçusundan çıxmağı, sonra topu yenidən onların meydana daxil etməsi müzakirə olunur.
- Bu hadisə bir az təcrübəsizlikdən qaynaqlandı. “Qarabağ” təcrübəli olduğuna görə həmin qol qeydə alındı. Bilirsiniz ki, oyun ərzində udmaq istəyən komanda həddindən artıq tələsik futbol oynayır ki, qol vursun. Top “Qarabağ”ın futbolçusundan meydanı tərk etdi. “Qarabağ”ın oyunçusu isə təcrübəli olduğuna görə götürüb topu autdan meydana daxil edir, yan hakim də ona etiraz etmir. Bunu “Sabah”ın futbolçuları da edə bilərdilər. Əgər onların təcrübəsi olsaydı, topu tez götürərdilər, imkan verməzdilər ki, “Qarabağ”ın futbolçuları topu meydana atsınlar. Sizi inandırım ki, elə olsaydı, hakimlər reaksiya verməyəcəkdilər. Orda bilinmədi ki, top hansı futbolçudan çıxdı. Ona görə də “Qarabağ”ın oyunçuları topu tez götürüb oyuna başladılar, gedib qol vurdular.
- Bəs, hakimlər niyə bunu görmürlər, oyunu dayandırmırlar? Ən əsası “Sabah”ın VAR tələblərinə reaksiya verilmir.
- Futbol səhvlər üzərində qurulub. Hakimlər də səhv etdilər. Onlar həmin epizodda oyunu davam etdirdilər. Fikirləşmədilər ki, oyunu dayandırsınlar. Yəni, son dəqiqələr gedirdi, hakimlər inanmadılar ki, həmin hücumun nəticəsi qol olar. Bu, hakimin qərarı idi.
- Axı, hakimlərimiz matçlarda, xüsusən də mərkəzi oyunlarda, belə epizodlarda diqqətli davranmalıdırlar. Hər bir xal çempionatın taleyini həll edə bilər.
- Bəli. Mən sizinlə razıyam ki, hakimlərimiz səhvlər edirlər. Bunu danmıram. Amma bu, çempionluq matçı deyildi. Düzdür, hər bir xal önəmlidir. Qarşıda hələ 27-28 oyun var. Hələ bilinmir ki, necə olacaq. Mən sizin dediyinizlə tam razıyam ki, hakimlərin səhvləri olur. Mən onların tərəfini saxlamıram. Sadəcə “Qarabağ” təcrübəsi sayəsində topu tez oyuna daxil etdi. Üzr istəyirəm, amma futbolun öz biclikləri var (gülür). Bəzi epizodlardan istifadə etmək lazımdır.
- Yunis bəy, bəs, necə etmək olar ki, çempionatımızda hakim səhvləri azalsın? Hansı işlər görülməlidir?
- Gərək Hakimlər Komitəsi bu məsələlərin üzərində işləsin. Çoxlu müzakirələr aparmaq lazımdır. Hakimlərimiz də öz üzərlərində çox işləməlidirlər ki, belə səhvlər buraxmasınlar. Mənim heç vaxt VAR-dan xoşum gəlməyib. Bu, oyunun gedişatına pis təsir edir. Hakimlər bəzən səhv edirlər, bir komanda udur, o biri uduzur. Yəni, o biri komandanın haqqını yemiş olurlar. Mən bunlarla razıyam. VAR sistemində isə belə incəliklər görünür. Amma hər matç VAR-a görə 7-8 dəqiqə uzanır. VAR-a baxılana qədər, qərar təsdiqlənənə qədər çoz vaxt gedir. Görürsünüz ki, indi hər oyun 90 dəqiqə yox, 100 dəqiqə olur. Yəni, oyunlar 7, 8, 9, 10 dəqiqə dayanır. İndi mən bir söz deyim, hazırda yaydır, futbolçular gözləyə bilirlər. Bəs, qışda o oyunçular tərləyəndən sonra soyuqda necə dözəcəklər.
- Amma dünya futbolunda, digər ölkələrdə VAR- baxılması, qərar verilməsi daha az vaxt alır. Bizdə də bunu sürətləndirmək olar?
- Məncə, orada sistem tamam başqadır. Yəqin ki, buna uyğunlaşmaq, qərarı tez vermək lazımdır. Məsələn, 3-cü turda “Zirə” - “Sumqayıt” oyununda VAR-a baxılması üçün 6 dəqiqə vaxt sərf olunmuşdu. Oyunlar çox dayandırılır. Matçlar ən azı 8, 9 dəqiqə uzanır. VAR-a az zaman ayırmağı, epizodlara tez baxmağı öyrənmək, irəli getmək lazımdır. Ona görə də hakimlərimiz öz üzərlərində işləməlidirlər.
- Son olaraq “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki mübarizəsindən danışaq. Ağdam təmsilçisi ötən həftə səfərdə Almaniya “Frayburq”una 1:2 hesabı ilə uduzdu, 2 gün sonra isə evdə Fransa “Nant”ı ilə qarşılaşacaq…
- Məncə, “Qarabağ” qrupdan 2-ci yeri tutaraq çıxacaq. Düşünürəm ki, “Qarabağ” Bakıda “Nant”a qalib gələcək. “Qarabağ” Almaniyada “Frayburq”la matçın ilk 25 dəqiqəsində zəif təsir bağışladı. Amma rəqib də Bundesliqada oynayan komandadır, həmin dövrdə də çempionatın lideri idilər. “Qarabağ” ilk dəqiqələrdə bir az özündə olmadı. Amma sonradan hiss etdik ki, “Qarabağ” “Frayburq”a qalib gələ bilər. Komandanın qol şansları da oldu. “Qarabağ” ikinci hissədə öz oyununu diqtə edə bildi. Düzdür, “Nant” Fransa çempionatında mübarizə aparır. Amma bu komanda hazırda turnir cədvəlində elə də yaxşı yerdə deyil. Onların oyunlarına da baxmışam.
- Lakin “Nant” ilk turda “Olimpiakos”a qalib gəldi.
- Hazırda “Olimpiakos”un oyunu xoşuma gəlmir. Düzdür, qrupa 1-ci səbətdən gəliblər. Amma mən sizə deyim ki, “Olimpiakos” qrupda 4-cü yeri tutacaq. Bunu yadınızda saxlayın, sonra qrup mərhələsi başa çatanda mənə zəng vurub, deyərsiniz (gülür). “Olimpiakos” “Nant”la oyunda heç bir təhlükəli epizod yaratmadı. Düzdür, qol vurdular, amma o qol da elə avtoqol idi. “Nant”ın qapıçısının səhvinə görə top oyunçunun ayağına dəydi və qapıya getdi. Mən “Olimpiakos”u o qədər də güclü hesab etmirəm. Düşünürəm ki, “Qarabağ” Bakıda “Nant”a qalib gələcək.
Nur Zeynalova
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi