Medianın İnkişafı Agentliyinin layihəsi
Eldar Axundzadənin 17 yaşı var. O, Avstriyanın Vyana şəhərində doğulub. 2009-cu ildən indiyədək Almaniyanın Berlin şəhərində yaşayır. Uşaqlıqdan futbola böyük marağı olan Eldar yaşadığı ölkədə bu idman növü ilə məşğul olmağa başlayıb. 2019-cu ildən etibarən o, üzvü olduğu Berlinin “Şarlottenburq” klubunun U-9 komandasında baş məşqçi kimi fəaliyyətə başlayıb. E.Axundzadə ilə qısa söhbətimizdə onun futbol fəaliyyətinə nəzər salmağa çalışdıq.
- Bir azərbaycanlının Almaniya kimi futbol ölkəsinin uşaq komandasında məşqçi işləməsi nadir rast gəlinən faktlardandır. Əvvəlcə bilmək istərdik ki, necə oldu ki, yeniyetməlik yaşınızda məşqçilik fəaliyyətinə başladınız? Bu sahədə neçənci ildən fəaliyyət göstərirsiniz?
- Mən artıq 10 yaşından etibarən özüm Berlinin “Charlottenburg” (Şarlottenburq) uşaq futbol komandasında müdafiəçi və yarımüdafiəçi kimi oynamağa başlamışam. Yaxşı nəticələr göstərdiyim üçün 5 ildən sonra məşqçim mənə və bir almaniyalı komanda dostuma 8-9 yaşlı (U 9) uşaq futbol heyətini hazırlamağı təklif etdi. Beləliklə, 2019-cu ildən etibarən, “Charlottenburg” (U-9) uşaq futbol komandasına rəhbərlik edirəm.
- Bəs niyə erkən yaşda futbolçu deyil, məşqçi olmağı seçdiniz?
- Əslində məşqçilik də futbolçu fəaliyyətinin davamıdır. Məşqçi fəaliyyətim ilə yanaşı mən eyni zamanda öz klubumun gənclər (U-18) yaşlı futbol komandasında oynayıram. Məşqçi kimi də tez-tez aşyaşlı uşaqlar ilə məşqlər keçirirəm və futbolçu kimi təcrübəmi bölüşürəm.
- Məşqçi kimi UEFA kurslarında iştirak etmək fikriniz varmı?
- Hazırda belə bir planım yoxdur. Amma gələcəkdə bu istisna deyil.
- Ümumiyyətlə, Almaniyada uşaq komandalarında işləmək üçün məşqçilərdən hansı sənədlər tələb olunur?
- Almaniyada uşaq klubunda məşqçi işləmək üçün gələcək məşqçi ilk növbədə özü hər hansı bir futbol klubunun üzvü olmalıdır. İşləmək üçün klub rəhbərliyin müsbət rəyi və razılığı alınmalıdır.
- Alman uşaqlarla işləmək sizin üçün rahatdırmı? Nəzərə alaq ki, özünüz azərbaycanlısınız...
- Ümumiyyətlə, uşaqlarla işləmək asan deyil. Fiziki, texniki məşqlər ilə yanaşı uşaqların valideynləri də tərbiyəvi baxımdan məşqçi ilə bir çox məsələlərdə həmrəylik nümayiş etdirməlidirlər. Azərbaycanlı olmağım isə məşqçisi kimi fəaliyyət göstərməyimə hər hansı bir maneə yaratmır. Əksinə əslən digər ölkə nümayəndəsinin olması uşaqlarda marağı daha da artırır.
- Azərbaycanda bəzən valideynlər uşaq futbol məşqçilərinin və ya oyunlar zamanı hakimlərin işinə müdaxilə edirlər. Bu da bəzən uşaqların futbolçu kimi inkişafına mənfi təsir edir. Bəs, Almaniyada belə faktlar qeydə alınırmı? Alman valideynlər məşqlər və oyunlar zamanı özlərini necə aparırlar?
- Bu suala yuxarıda bir qədər toxundum. Əlavə qeyd edim ki, Almaniyada da valideynlər uşaqlarının oyununu həssaslıqla izləyirlər. Klublararası yarış zamanı bəzi hallarda hakimin və məşqçinin fəaliyyəti ilə bağlı valideynlər öz fikir və iradlarını bildirilər. Lakin məşqçilərin fəaliyyətinə müdaxilə kimi hallara çox nadir hallarda rast gəlinir.
- Almaniyada uşaq futbol məktəblərinin infrastrukturu necədir?
- Almaniyada idmana və xüsusən də futbola böyük diqqət yetirilir. Məsələn, Berlin şəhərində 30 yaxın futbol klubu fəaliyyət göstərir. Hər klubun özünə məxsus 1-2 meydançası, klub binası, geyim otaqları var. Meydançaların işıqlandırılması, yaşıl ot və ya suni örtüyün qorunması nəzarətçilər tərəfindən həyata keçirilir.
- Uşaqların yetişdirilməsində əsasən nəyə fikir verirsiniz: atletik, yoxsa texnikalı futbola?
- Əslində hər ikisi vacibdir. Atletik hazırlıq olmadıqda texniki baxımdan yaxşı oynayan futbolçu oyun zamanı mübarizəni uduza bilər. Amma futbol komanda oyunu olduğundan mən daha çox texniki amilə üstünlük verirəm. Çalışıram ki, yetirmələrim daha çox kollektiv oyun nümayiş etdirsinlər, texniki imkanlarını daha təkmilləşdirsinlər.
Nuriyə ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər