"Sumqayıt" klubunun müdafiəçisi Vurğun Hüseynov Qol.az saytına müsahibə verib
- Hazırda komandada ab-hava necədir?
- Hər şey qaydasındadır. Düzdür, ötən tur "Sabah"a uduzduq, amma qarşıda 3 oyun var. Fikrimizi həmin oyunlara yönəltmişik. Mən deyərdim, bu 3 oyun finala bərabər olacaq. Tez bir zamanda toplarlanıb bürünc medalları təmin etmək istəyirik.
- "Sabah"a məğlubiyyətin səbəbləri nə idi?
- Bildiyiniz kimi, kubokun yarımfinalında 120 dəqiqə mübarizə apardıq. Komadada yorğunluq vardı. Əsas səbəb elə yorğunluq idi. "Sabah" isə bizdən fərqli olaraq daha gümrah idi.
- Sizcə, yorğunluq nə vaxta qədər davam edəcək?
- Sonuncu oyun bizim üçün çox vacib olsa da, uduzduq. Amma həmin oyunu yaddan çıxarıb mayın 8-i "Keşlə" ilə matçı düşünürük. Psixoloji cəhətdən özümüzü toparlayırıq. Çətin səfər olacaq, bunu bilirik. Amma yorğunluq səbəb ola bilməz.
- Bir ara əsas heyətdə yerini itirdin...
- Xeyr, oynamadığım zaman zədəli olmuşam. 2 aya yaxın komanda ilə məşq etmədim. Bundan sonra əsas heyətə qayıtmaq çətin olur. Yaşımın elə dövründəyəm ki, bərpa prosesi çətin olur, vaxt aparan bir şeydir. Çox şükür, bu gün özümü yaxşı hiss edirəm. Şans verildikcə baş məşqçinin etimadını doğrultmağa çalışıram.
- Bir az yaş məsəlinə toxunaq. Niyə Azərbaycanda 30 yaşı keçən futbolçuya qoca deyirlər?
- Açığı mən də başa düşə bilmirəm. Bizdə vəziyyət belədir, şərh verə bilmirəm. Amma mən belə düşünürəm ki, elə 30 yaşdan sonra futbolçu komandanın yanında olmalıdır. Təcrübəsi komandaya çox şey verə bilər. Bu yaşdan sonra futbolçunun qoca sayılması yalnış fikirdi. Avropada 36, 38, 40 yaşında futbolçular meydan oxuyur, həm qol vurur, həm komandanı ayaqda saxlayır.
- Uzun illər milli komandanın şərəfini qorumusunuz. Yenidən milliyə qayıtmaq istəyirsiniz?
- Belə deyim, milliyə düşmək hər kəsin arzusudur, bu, çox qürurverici hissdir. Komanda yoldaşlarım, dostlarım ara-sıra mənə bunu deyirlər. Amma mən istəyirəm ki, milliyə daha cavan, daha perspektivli gənclər cəlb olunsun. Bu gün milliyə 1-2 il kömək edə bilərəm. Amma görün cavan futbolçu cəlb olunsa neçə illər kömək edə bilər. Hazırda cavanların təcrübə toplaması vacibdir. Biz millinin düşünürüksə, belə etməliyik. Açıq deyək, bu gün yaşlı futbolçunu milliyə cəlb edib, cavanların qarşısını kəsməyə ehtiyac yoxdur. Təbii ki, söhbət hamıdan getmir. Amma 20 yaşlı futbolçu milliyə uzun illər xeyr verə bilər. Gəncləri üzə çıxarmaq lazımdır.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"