Keçmiş FİFA referisi Anar Salmanov Qol.az saytının suallarını cavablandırıb. Cari çempionatda hakimlərin idarəçiliyini dəyərləndirən hakim Topaz Premyer Liqanın 10-cu turunun “Qarabağ” – “Səbail” (1:0) matçında Rəvan Həmzəzadə, “Zirə” – “Qəbələ” oyununda (2:1) isə Fariz Yusifovun verdiyi mübahisəli qərarları şərh verib.
- Uzun müddətdi hakimlikdən uzaqsınız. Hazırda nə işlə məşğul olursunuz?
- Hakimlikdən uzaqlaşandan sonra İdman Akademiyasında baş müəllim vəzifəsində çalışıram. Eyni zamanda məşqlərimi davam etdirirəm. İnanıram ki, gec-tez hakimliyə qayıdacağam.
- Hələ də o həvəs, o istək sizdə qalıb?
- Mənim istəyim həmişə var. Həyatda heç vaxt kiminsə qərarına görə sınmıram. Çalışıram ki, öz üzərimdə işləyim. Ümid edirəm ki, gələcəkdə hakimliyə qayıdacam və Azərbaycan futboluna öz köməyimi göstərəcəm.
- Sevimli peşənizdən ayrı qalsanız da, yəqin ki, Premyer Liqanın oyunlarını izləyirsiniz. Ümumiyyətlə, çempionatın hazırkı səviyyəsindən razısınızmı?
- Təbii ki, əvvəlki rəqabət indi yoxdu. “Qarabağ”ın Quzanlıdakı, “Xəzər Lənkəran”ın Lənkərandakı oyunlarını nəzərdə tuturam. Rəqabət olmayan yerdə isə çempionatın sürətindən, inkişafından danışa bilmərik. Hesab edirəm ki, bu gün Premyer Liqanın səviyyəsi zəifdi. Komanda sayı az olduğuna görə rəqabət də yoxdu. Hazırda bir “Qarabağ”dı, bir də “Qəbələ”. Yavaş-yavaş “Neftçi” də gəlir. Qalan komandalar rəqabət aparmaq iqtidarında deyillər.
- Maraqlıdı ki, əvvəlki rəqabət olmasa da, əvvəlki hakim səhvləri hələ də qalmaqdadı...
- Hakim səhvləri həmişə olub, olacaq da. Amma baxır səhvin dərəcəsinə. 8 komandalı çempionatda meydana 4 nəfər hakim çıxara bilmiriksə, hansı səviyyədən danışa bilərik. Struktur düzgün qurulmayıb. Hakimlər Komitəsi ayrıca departament olmalıdı. Çünki biz konvensiyaya daxil olmuşuq. UEFA 8-9 ildi, inkişaf proqramına görə bizə pul ödəyir. Onların şərtlərində biri budur ki, Hakimlər Komitəsi ilə inspektorlar vahid bir departamentdə işləməlidi. Onlar da AFFA-nın baş katibinə tabe olmalıdılar. Hər şey ordan başlayır. Həmin departamentinin bir sədri, onun köməkçiləri, onun da nəzdində istedadlar qrupu olmalıdı. Bütün problemlər burdan qaynaqlanır. Bizim hakimlərimiz, onların keçdiyi məktəb var. Fariz Yusifov, Əliyar Ağayev, Ömər Paşayev kimi hakimlərimizi göstərə bilərəm. Sadəcə, struktur düzgün qurulmayıb. Baxın, təyyarədən düşən hakim necə oyun idarə edə bilər? Əliyar iki dəfə səfərdən qayıdan kimi “Neftçi”nin oyununu idarə edib. Xaqani Məmmədov komitə sədri olaraq, fikirləşmir ki, Əliyar Avroliqanın oyunundan gəlir, yorğun halda çıxıb necə oyun idarə etsin? Səhv edəcək də.
- Necə düşünürsünüz, bu, hakim qıtlığı ilə bağlıdı, yoxsa...?
- Bir təfərdən, hakim qıtlığı ilə bağlıdı, ikinci tərəfdən, peşəkarlıq yoxdu. Əliyar Ağayev 2 gündən sonra başqa bir komandanın oyununu idarə edə bilməzdi? Bizim Fariz Yusifovumuz, Rəhim Həsənovumuz, Ömər Paşayevimiz var. Onlar gedib idarə edə bilməzdilər? Nə olmuşdu, Xaqani Məmmədov? Komitə sədri gərək təkcə özü haqda fikirləşməsin. Hakimi də düşünsün. Bilirsən ki, “Qəbələ” ilə Əliyar Ağayevin problemləri var. İkinci turda Əliyarı Qəbələyə, o boyda təhlükənin altına niyə yollayırsan? Qoy, həmin oyuna digər hakim getsin. Bu gün o adama hakimlik lazım deyil. Belə düşünsəydi, hakimlər arasında düzgün, sağlam rəqabət olardı. Dayısı filan yerdə işləyir, bibisi filan vəzifədədi… Belə hakimlik olmaz. Seçim düzgün aparılmalıdı. Kim güclüdüsə, oyunları da o idarə etməlidi. Güclü kənarda oturub, zəif meydana çıxmamalıdı. İnsanların gözü tərəzidi. 8 komandalı çempionatın 4 turuna hakim təyin edə bilmirsə, yaxud da qorxursa, Gəncəyə özü ilə Əliyarı aparırsa, biz hansı inkişafdan danışa bilərik? Əliyar Ağayev bu gün Xaqani Məmmədovun deyil, öz hesabına Avropada oyunlar idarə edir və qiymət alır. Xaqani Məmmədov və ya digər komitə rəsmiləri ingilis dilini bilirlər ki, gedib UEFA-da ünsiyyət qursunlar? Hakimlər Komitəsi ilə UEFA ayrı-ayrı şeylərdi. Azərbaycan futbolunda UEFA ilə əlaqəsi olan yeganə şəxs Elxan Məmmədovdu.
- Az öncə qeyd etdiniz ki, Xaqani Məmmədov qorxusundan Əliyar Ağayevi “Kəpəz” – “Neftçi” oyununa təyin edib, Gəncəyə aparmışdı. Bilirsinizmi, Əliyar Ağayevin həmin oyundakı idarəçiliyinə görə Xaqani Məmmədov Gəncədə təhqir olundu?
- Bu, birinci hal deyil ki. O, həmişə təhqir olunur. Mənim üçün təzə xəbər deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ümumiyyətlə, kimisə təhqir etməzlər. Görün, nə həddə çatdırıb ki, insanlar da boğaza yığılıblar. Tək Gəncə deyil, digər yerlərdə də belədi. Futbol, hakimlik azarkeşlər üçündü. Neçə dəfə Əliyar təyyarədən düşən kimi oyuna gedib. İnsan peşəkar olmalıdı, hakimini qorumalıdı. Onun səhvini sığortalamaq, malalamaqla sən onu qorumursan, uçuruma aparırsan. Hakimin səhvini izah edib, bunun üzərində işləmək həmin referinin inkişafı deməkdi.
- Premyer Liqanın son turu hakim səhvləri ilə yadda qaldı. Xüsusilə Rəvan Həmzəzadənin “Qarabağ” – “Səbail”, Fariz Yusifovun isə “Zirə” – “Qəbələ” oyunlarındakı qərarları xeyli müzakirə olundu...
- Hər ikisi dəyərli hakimdi. Mənim həmkarlarımdı. Mən də vaxtı ilə səhv etmişəm. Səhvsiz insan yoxdu. Rəvan gənc və perspektivli hakimdi. Onu oda atmasalar, gələcəyi olacaq. Birdən-birə Rəvanı belə oyunlara göndərmək onu “yandırmaq” deməkdi. Bunu pillə-pillə etmək lazımdı. Rəvan yaxşı sözlərə layiqdi. Amma psixoloji amil var. Rəvan həmin oyunda səhvlər elədi. “Səbail”in qapısına penalti təyin etmədi. Pedroya sarı vərəqə göstərilməməliydi. İdarəçiliyi zəif oldu. Rəvan qısa müddətdə gəlib bu yerə çatdı. Buna görə də ondan çox şey tələb etmək olmaz. Yavaş-yavaş gəlsəydi, püxtələşərdi. Fariz Məmmədovu çoxdan tanıyıram. Onun haqda pis nəsə deyə bilmərəm. Sadəcə, həmin oyunda bəzi səhvləri oldu. Təmkin Xəlilzadəyə ikinci “sarı”dan qırmızı vərəqə göstərməliydi. Penalti epizodunda isə üstünlüyü Farizə verirəm. Çünki hər şey gözünün önündə baş verdi. Düzdü, hər iki hakim bəzi səhvlər etdi. Amma bunlar sadəcə səhv idi, qərəz deyil.
Elnur SALAHOV
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Konfrans Liqasında Liqa mərhələsi başlayır
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
"Qarabağ" - "Neftçi" matçı ona tapşırıldı
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Aston Villa" "Fənərbaxça"ya 6 qolu belə vurdu - Video
Avropa Liqasında 18 oyun
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
Riyad Mahrezin yeni klubu bilindi
“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə
“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri
Arda Turanın Çempionlar Liqasında ilk zəfəri! - Video
“Sabah” 2-ci turu neçənci yerdə başa vurdu?
"Fənərbaxça" darmadağın oldu, PSJ və "Real"dan qələbə
Mbappe Messini geridə qoydu
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı