Ayxan Abbasovun yaratdığı «Sumqayıt» futbol həvəskarlarının sevimlisinə çevrilmişdi. Hətta mən də «Sumqayıt»ın oyunlarına gedib baxmağı xoşlayırdım. Özü də 90 faiz futbolçular yerli uşaqlar idilər. Və demək olar ki, «Sumqayıt» da «Qəbələ» kimi başqa klubların bazasına çevrilmişdi.
Lakin biz öyrənmişik ki, ev buzovundan öküz olmaz, lətifəsi Ayxandan uzaq. Ona görə də Ayxanı istefaya göndərib yerinə Belarusdan Aleksey Baqanı gətirdilər.
Azərbaycanda bütün komandalar çempionluq uğrunda oynamalı deyillər ki, boyunlarına belə bir yük qoyulmayıb. Onlar həm də öndə gedən komandalar üçün futbolçu yetişdirməlidirlər. Ona görə axırıncı yerlərdə olmağa nə «Sumqayıt», nə «Səbail», nə də «Keşlə» dilxor olmamalıdır. Gün gələr onlar da çempionluq uğrunda oynayarlar. Onlar da Avropaya gedərlər, necə ki getmişdilər.
Bir də bir şey məni maraqlandırır. «Qəbələ»nin maddi durumu aşağı düşən kimi pullu komandalar bu klubun üzdə olan oyunçularını şirnikdirib apardılar. Halbuki həmin oyunçuların çoxunu «Qəbələ» öz akademiyasında yetişdirmişdi.
Bircə misal çəkim. Anatoli Banişevskinin ən yaxşı vaxtı «Neftçi» yüksək liqadan düşdü. SSRİ-nin məşhur klubları nə qədər Banişevskiyə elçi düşsələr də, ömrü boyu «Neftçi»yə sadiq qaldı. Bunu da elə belə yazdım.
Aqil ABBAS
"Liverpul"dan xal itkisi
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək