"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım.
- Demək olar ki, "Səbail" avrokuboklar mübarizəsindən qopdu?
- Deməzdim. Həm birimiz öz aramızda oynayırıq. Qarşıda 12 xal var. Mübarizədən qopsaq, belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.
- Yusif İmanovu təbrik etdiniz. Bəlkə bir az da öz hücumçularınızı qınayasınız?
- Bəli, daha yaxşı vura bilərdilər. Amma qapıçının çıxışı möhtəşəm idi. Qol epizodlarını yaradan da bu komandadır.
- Sərəncamınızda Yusif kimi qapıçı görmək istəyərdiniz?
- Mənim qapıçılarım var, onlardan razıyam. Sadəcə bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarım epizoddan qol vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir.
- Qələbə qazanmaq üçün nə çatmır?
- Futbolda stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə meydanda yox idi. Zamana ehtiyac var (sportal.az).
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu