Milli komandamız və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirov Qol.az saytına müsahibə verib. O, yeni təyinatı, gələcək karyerası və Azərbaycan futbolunun bugünkü durumu haqda sualları cavablandırıb.
- Bugünlərdə Regionlar Liqasında yarışan “Baku Sporting” klubuna idman direktoru təyin olundun. Təyinat necə baş tutdu?
- Təyinat məsələm belə oldu ki, U-17 komandasıyla ulduzlar arasında yoldaşlıq oyunu keçirilirdi. Ulduzların heyətində aktyorlar, müğənnilər, futbolçular vardı. Məni də əməkdar artist Səlim Abbasov dəvət etmişdi. Oyun bitdikdən sonra Səlim mənə zəng etdi ki, klubun rəhbərliyi səninlə görüşmək istəyir. Çox sağ olsun Səlim, “Baku Sporting”lə əməkdaşlığı o təşkil etdi. Getdik danışdıq, bütün detalları müzakirə etdik və ortaq məxrəcə gəldik. İndi də işə başlamışıq, yavaş-yavaş hər şeyi bərpa edirik. Çalışırıq ki, gələcəkdə uşaq futbolu üçün hər şeyi edək. Bizim yaralı yerimiz uşaq futboludur.
- Həmişə meydanda olmuş biri kimi idarəçi işləmək çətin olmayacaq?
- Xeyr, çünki bu, mənim öz işim, fəlsəfəmdir. Neçə illərdir ki, həm futbol oynayıram, həm də bir çox rəhbərlik, məşqçi ilə işləmişəm. Hər bir şeyi görə-görə gəlmişəm. Futbol mənim işimdir. Başqa işlə məşğul ola bilmərəm ki. Futbolu necə oynamışamsa, indiki işimi də elə davam etdirmək istəyirəm.
- Son olaraq, Region Liqasında “Baku City” klubunda oynamısan. Futbolçu karyeranı bitirmisən, yoxsa?
- Hələ futbolçu karyeramı bitirməmişəm. Özüm öncədən kluba dedim ki, karyeramı bitirməmişəm. Ola bilər ki, təklif gəlsə, oynayım. Hələ ki, gözləyirəm.
- Vaqif Cavadov bu yaxınlarda İctimai Televiziyada qonağ olduğu verlişdə deyirdi ki, Vüqar da, Kamran Ağayev də futbol oynamalıdır, onlara klub tapılmalıdır.
- Əlbəttə, Vaqifin sözüylə razıyam. Nə oldu, bizə bir klub tapılmadı? Çempionatda 8 komanda olduğu üçün mən də klubları qınamıram. Uşaqlar çoxdur, yer olmur komandalarda. Həyatdır da, hamının başına gəlir. Heç kim sabah nə olacağı haqda siğortalanmayıb. Elə deyilmi? Buna görə də irəli baxmaq lazımdır. Nə qalıbsa, arxada qalıb.
- Böyük meydana qayıdacağına ümidin varmı?
- Əlbəttə, var. Həyatdır, hər şey ola bilər.
- Regionlar Liqasında bir müddət çıxış etdin. Bu liqanın səviyyəsi haqda nə düşünürsən?
- Mənə elə gəlir ki, Regionlar Liqasında azarkeş sayı çox idi. Sonuncu final oyununda da gördük ki, Qusarda oyuna baxmaq üçün nə qədər azarkeş gəlmişdi. Get-gedə klubları sayı da artır. Bu da futbolumuzun inkişafına bir damcı da olsa xeyirdir.
- Bəs, hazırkı Premyer Liqamızın durumu haqda nə düşünürsən? Nəzərə alsaq ki, rəqabət daha da azalıb.
- Məncə, hazırda “Qarabağ”la “Neftçi” arasında fərq çox olsa da, hiss olunur ki, “Neftçi” yavaş-yavaş özünə gəlir. Hər bir halda, çempionatın səviyyəsi ilə bağlı işlərə biz qərar vermirik. Bizim işimiz başqadır. Amma onu deyə bilərəm ki, 8 komandalı çempionatdır deyə çox futbolçularımız kənarda qalıb. Komanda çox olsa, bütün uşaqlar oynayar, çempionat da maraqlı olar. Məsələn, 16 komanda iştirak etsə, yaxşı olar. Bölgələrdən də klublar olmalıdır. Çempionatda nə qədər futbolçu yetişdirmiş Yevlax, Lənkəran, Tovuzdan komanda oynamalıdır.
- Səncə, bu vəziyyət hansı nəticələrə gətirib çıxara bilər?
- Məncə, yaxşı olacaq. AFFA da hiss edir ki, komanda sayı artırılmalıdır.
- Milli komandamız bu seçmə mərhələdə uğursuz çıxış edir. 6 oyuna cəmi 1 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Eyni zamanda, U-21 yığmamız da heç də ürəkaçan nəticələr qazanmayıb. Necə düşünürsən, əsas günahkar kimdir: baş məşqçi, futbolçular, federasiya?
- Xeyr, heç biri günahkar deyil. Oyunçularımız qol da vurdu, hakim saymadı. Əsas vacib məsələ çempionatda klub sayının artırılmasıdır. Futbolçular nə qədər çempionatda çox oyun oynasa, o qədər yaxşıdır. Bir oyun 40 dəfə məşq etməyə bərabərdir. Azarkeşlərin tənqid etməsi də normal haldır. Onlar istəyir ki, milli komandamız qələbələr qazansın. Çalışmaq lazımdır ki, həm milli komandalarımız, həm də klublarımız özlərini yaxşı tərəfdən göstərsinlər.
- Ötən il bizə verdiyin müsahibəndə futboldan gedəndən sonra sənə qarşı ögey münasibət yarandığını demişdim. Bu vəziyyət hələ də eyni qalır?
- Ögey deyəndə ki, bu, həyatın qanunudur. Bunu da heç kim dəyişə bilməz. İstər-istəməz görünməyəndə, üzdə olmayanda yaddan çıxıb gedirsən. Mən də heç kimdən incimirəm. Çalışıb, ayaq üstə qalmaq lazımdır.
- Sabiq komandan “Qarabağ”la indi də əlaqələrin qalırmı?
- Bəli, qalır.
- “Qarabağ” bu mövsüm Avroliqada qrupdan çıxmaq üçün yaxşı imkan qazanıb. Sən necə düşünürsən?
- Mən onlara inanıram. Belə oyunlar bizim vaxtımızda da olub. İnanıram ki, “Qarabağ” qrupdan çıxacaq və sevinən tərəf biz olacağıq.
- Son olaraq, məşqçiliyə başlamaq fikrin varmı?
- Hələ məşqçilik haqda heç nə düşünmürəm. Amma çalışacağam ki, UEFA kateqoriyalarını alım. Yəni, ziyanı yoxdur, qalsın. Amma hələ ki, futbol oynamaq istəyirəm.
Məftun RƏSULZADƏ
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı